Alimlər daha ucuz əldə edilən duz batareyası yaratdı

Alimlər daha ucuz əldə edilən duz batareyası yaratdı

Beynəlxalq alimlər qrupu ekoloji cəhətdən təmiz və ən əsası daha səmərəli natrium-kükürd batareyası hazırlayıb.



Sfera.az “New Atlas”a istinadən bildirir ki, müxtəlif ölkələrin tədqiqatçıları təxminən 50 ildir “ərimiş duz” adlanan maddədən akkumulyatorların yaradılması üzərində işləyirlər. Ənənəvi olaraq, tədqiqatçılar bir elektrolit kimi natrium kükürddən (Na2S) istifadə edib və sonra maddəni maye vəziyyətdə saxlamaq üçün elektrodları yüksən temperaturda qızdırıblar. Duz akkumulyatorlarının xammalı birbaşa dəniz suyundan ucuz əldə edilməsinə baxmayaraq, kommersiya tətbiqlərində hələ praktik istifadə olunmur. Çünki bu akkumlyatorlar aşağı tutumlu və qısa ömürlüyü ilə xarakterizə olunur.
 

Sidney Universitetinin doktoru Shenlun Zhaonun rəhbərlik etdiyi Çin və Avstraliyadan olan bir qrup alim otaq temperaturunda belə yaxşı işləyən yeni dizayn hazırlayıb. Onlar karbon əsaslı elektrod və pirolizin termal parçalanmasından istifadə edərək natrium-kükürdlü akkumulyatorları daha da təkmilləşdiriblər.
 

Nəticədə, oxşar litium-ion strukturları ilə müqayisədə dörd dəfə güclü 1017 mAh planşet batareyaları əldə edilib. Bundan əlavə, onlar çox uzun müddət işləyə bilərlər. Texnologiyanın imkanlarını laboratoriyada sınaqdan keçirən alimlər müxtəlif cihazlarda istifadə oluna bilən enerji elementləri olan akkumulyatorlar yaratmaq qərarına gəliblər.
 

Qeyd edək ki, bundan əvvəl alimlər elektrik enerjisini birbaşa havadan alan qeyri-adi akkumulyator yaradıblar. Bu akkumlyatorların tərkibi dəniz duzu, mürəkkəb və ətraf mühitdən gələn nəmi təkrar emal edən geldən hazırlanmış xüsusi parçadır.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə oldu

Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Ali Məhkəmənin sədri İnam Kərimov Bişkek şəhə...

Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə KEÇİRDİ

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.   Sfe...

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...