Kiyevdə azərbaycanlını öldürən şəxslərin məhkəməsi başladı

Kiyevdə azərbaycanlını öldürən şəxslərin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərindəki restoranlardan birində Azərbaycan vətəndaşı Davud Ağayevi “Makarov” markalı tapançadan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən Yasin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sfera.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hakim iş üzrə tanınan 7 şahiddən ikisinin Azərbaycan və beşinin Ukrayna vətəndaşı olduğunu bildirib.

 

Həmin şahidlərin məhkəmədə canlı ifadə verməsi üçün Ukrayna tərəfinə sorğu göndərilib. Hakim bildirib ki, müharibə səbəbindən poçt rabitəsi qırılıb və cavab gecikir. Ukrayna hökumətinə şahidlərin iştirakının təmin olunması üçün yenidən sorğu göndəriləcəyi qeyd edilib.

 

Xatırladaq ki, hadisə 2018-ci il iyulun 3-də baş verib. İki il sonra Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxaq axtarışda olan paytaxt sakini Yasin Həsənov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Yasin Həsənovun qətlə yetirdiyi şəxslə əvvəlcədən ədavəti olub. Belə ki, 2013-cü ildə Davud Ağayev Yasin Həsənova Kiyev şəhərində odlu silahdan atəş açaraq onu yaraladığından sonuncu intiqam almaq məqsədi ilə bir neçə il sonra qeyd edilən hadisəni törədib. Yasin Həsənov iş üzrə özünü təqsirli bilmədiyini deyib.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov: "Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib"

Azərbaycan Ordusu bölgənin ən güclü ordusu olmaqla yanaşı, regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib.   Sfera.az-ın məlumatına görə, bun...

Yaxınları Rusiyada öldürülən azərbaycanlı: "Orada başqaları da..."

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq.   Sfera.a...

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...