Aysundan ŞOK AÇIQLAMA: "Eşqinə yazırlar ki..." - FOTO

Cəmiyyət
15:48 / 08.12.2022
13351
“İnstaqramımda bəyləri izləmirəm. Bu, öz seçimimdir. Eşqin belə şeylərə qarışmır”.
Sfera.az xəbər ki, bu sözləri müğənni Aysun İsmayılova “Səhərin səsi” verilişində söyləyib.
O, həyat yoldaşının instaqramına nəzarət etdiyini bildirib:
“Hər şeyi həyat yoldaşın deməli deyil, ondan öncə sən etməlisən. Bunu edirəm ki, səhəri gün o hansısa qızı izləməyə alsa, dilim uzun olsun. Əslində, onun instaqramı məndə var, hər şeyi görürəm. Bir bilsəniz, ona təzə çıxan müğənnilər nələr yazır. Sıravi xanımlardan da yazırlar. Mənə yazırlar “Allah xoşbəxt eləsin”, ona yazırlar ki, tanış olaq? Mən də hamısını oxuyuram. Eybi yox, qoy yazsınlar. Yazmağa nə verirlər? Onları paylaşmaram, kimə lazımdır onları paylaşım?”
OLAY

