Ruslar əcnəbilər üçün surroqat ana olmayacaq – Yeni qanun qəbul edildi
Dövlət Duması əcnəbilər üçün Rusiya vətəndaşlarının surroqat ana olmasını qadağan edən qanun layihəsini qəbul edib.
Sfera.az xəbər verir ki, bu qayda Rusiya vətəndaşının xarici vətəndaşla qeydə alınmış nikahdan yaranan ailələrə şamil edilməyəcək. Qanunun müəlliflərindən biri, vitse-spiker Anna Kuznetsova bildirib ki, yeni qayda 14 milyard rubla (225 milyon dollar) qənaət etməyə imkan yaradacaq.
Onun sözlərinə görə, bu, ölkənin milli maraqlarını və 45 min uşağın həyatını qoruyacaq. Dövlət Dumasının spikeri Veçeslav Volodin isə hesab edir ki, qəbul edilən qanun uşaq və orqan alverinin qarşısını alacaq. Yeni qanuna əsasən surroqat anaların xidmətindən yalnız evli Rusiya vətəndaşları və ya tibbi səbəblərə görə uşaq sahibi ola bilməyən subay rus qadınlar istifadə edə biləcək.
Qanun həmçinin belə analardan doğulan uşaqların Rusiya vətəndaşlığını almasını imkan yaradacaq.
Vasif
Sfera.az