Selena Qomez öz həyatı haqqında sənədli filmə çəkildi - Rəfiqəsini incitdi

Selena Qomez öz həyatı haqqında sənədli filmə çəkildi - Rəfiqəsini incitdi

30 yaşlı amerikalı müğənni və aktrisa Selena Qomez “City Market”in “2022 Hitmakers Brunch”a qatılıb və yeni Apple TV+ sənədli filmi “My Mind&Me”nin “İlin ən yaxşı Soundtrack”i mükafatını alıb.



Bundan əvvəl “Selena Qomez: Ağlım və mən” sənədli filminin premyerası olub. Yeni film Selena Qomez və onun psixi sağlamlığına həsr olunub. Məşhur uzun müddətdir ki, bu vacib mövzuya çox diqqət yetirir, həmçinin müxtəlif sosial layihələrdə fəal iştirak edir.



Sfera.az bildirir ki, sənədli film Selenanın məşhur kimi 6 illik fəaliyyətini əhatə edir. Filmdə tamaşaçılar ulduzun həyatının bütün aspektlərinə, istər xeyriyyə işlərinə, istərsə də müxtəlif xəstəliklərlə keçirdiyi gərgin mübarizəyə daxildən nəzər salır.



Xatırladaq ki, Selena Qomez filmi yayımlandıqdan sonra qalmaqalın mərkəzində olmuşdu.Filmdə Selena müğənni Teylor Svifti “şou-biznesdə yeganə dostu” adlandırmışdı. Bu isə 2017-ci ildə böyrəyini ona bağışlayan digər rəfiqəsi, aktrisa Fransia Raisanı çox incidib.


Açıklama yok.

Fransia həmin vaxt Selena Qomezi sosial şəbəkələrdə izləməyi dayandırdıqdan sonra Selenanın sözlərinə qısaca "Maraqlıdır" şərhi yazıb.



Qomezin pərəstişkarları da buna qəzəblənib və izahat tələb ediblər. Şərhçilərdən biri hətta “böyrəyini geri tələb edəcəyini” qeyd edib.



Selena isə TikTok-da şərhlərə "Bağışlayın, tanıdığım hər kəsi qeyd etmədim" yazaraq cavab verib.



Xatırladaq ki, Fransia Raisa və Selena Qomez uzun illərdir ki, dostdurlar. 2017-ci ildə Qomez böyrək çatışmazlığından əziyyət çəkəndə Fransia ona donor olub.


Selena Gomez və Francia Raisa böyrək transplantasiyasından əvvəl


Açıklama yok.

Bir neçə ay sonra Selena “Billboard Women in Music 2017”də "İlin qadını" mükafatını alıb. Mərasimdə ona Fransiya da qatılıb. Selena səhnədən onun da mükafatı almalı olduğunu deyərək bir daha təşəkkür edib. "Axı o, mənim həyatımı xilas etdi"- deyə Selena bildirmişdi.

Lakin sonradan məlum olduğu kimi, rəfiqələr arasında dostluq pozulub. Böyrək transplantasiyasından sonra Selena özünə qulluq etməyib, spirtli içkilərdən istifadə edib və əyləncələrdə vaxt keçirib. Ancaq 2021-ci ildə barışan rəfiqələr qeyd etdiyimiz film və müsahibə çıxana qədər onların münasibəti yaxşı olub.

 

Aysel


OXŞAR XƏBƏRLƏR