Daha 5 ölkənin Avropa İttifaqına üzlüyü sürətləndiriləcək - ADLAR

Daha 5 ölkənin Avropa İttifaqına üzlüyü sürətləndiriləcək - ADLAR

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa İttifaqı (Aİ) - Qərbi Balkanlar sammitində Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlük prosesinin sürətləndirilməsinə qərar verilib.

 

Sfera.az xəbər verir ki, sammitdə “Tiran Bəyannaməsi” qəbul edilib.

 

Bəyannamədə vurğulanır ki, Balkan ölkələrinin üzvlük prosesinin sürətlənməsi həmin ölkələrin şərtlərə ciddi riayət etməsi, həmçinin zəruri islahatların aparılması vəziyyətindən asılı olacaq. Namizəd ölkələrin Aİ-nin xarici siyasət prinsiplərini qəbul etmələri də vacibdir. Bəyannamədə o da qeyd edilir ki, namizəd ölkələrdən olan Serbiya və Kosovonun da fikir ayrılıqları həll edilməlidir. Serbiyanın Rusiyayönlü hökuməti tərəfindən də qəbul edilən bəyannamədə deyilir:

 

“Rusiyanın Ukraynaya hücumu Avropa və dünya təhlükəsizliyini təhlükə altına qoyur və Avropa İttifaqı ilə Qərbi Balkanlar regionu arasında strateji tərəfdaşlığın əhəmiyyətini artırır”.

 

Ənənəvi olaraq Moskva ilə yaxın münasibətdə olan Serbiya Aİ-nin Rusiyaya qarşı sanksiyaları ilə razılaşmır. Aİ-yə üzvlük üçün müraciət etmiş 5 Qərbi Balkan ölkəsi bunlardır: Albaniya, Bosniya, Monteneqro, Şimali Makedoniya və Serbiya. Bu ölkələr hələ də üzvlük prosesinin müxtəlif mərhələlərindədirlər. 2008-ci ildə Serbiyadan müstəqilliyini elan edən Kosovo da ilin sonuna kimi Aİ-yə üzvlük üçün müraciət etməyi planlaşdırır. Aİ 27 ölkədən ibarətdir. İttifaqın ərazisi 4,233 milyon kvadrat kilometr, əhalisi 447 milyon nəfərdir. AI-yə sonuncu üzv olan ölkə də Balkan yarımadasının təmsilçisidir. Xorvatiya 2013-cü ilin iyulun 1-dən ittifaqın 27-ci üzvüdür. Balkan ölkələrindən Xorvatiyadan başqa Yunanıstan, Bolqarıstan və Sloveniya ittifaqa üzvdürlər. Əgər Qərbi Balkan ölkələri də Aİ-yə üzv qəbul edilərsə, ittifaqın 2 müsəlman üzvü olacaq.

 

Daha sonra Kosova ilə onların sayı 3-yə yüksələ bilər. Balkan ölkələrindən yalnız Türkiyənin Aİ-yə üzvlüyünə ciddi maneə yaradılır.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir - ŞƏRH

Bu gün “Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti bu müq...

Zelenski: "Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır"

Ukraynanın Rusiyaya qarşı müharibədə Qələbə Planı müttəfiqlərin bu il qəbul edəcəyi sürətli qərarlardan asılıdır.   Sfera.az “Reuters“ə i...

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ - FOTO

Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz ...

Baş nazirin I müavini MDB İqtisadi Şurasının iclasında iştirak etdi

Bu gün Baş nazirin I müavini Yaqub Eyyubov Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 103-cü iclasında iştirak edib.   Sfera.az-ın report-a i...

İnternetdə milyonluq dövriyyəsi olan şəbəkə ifşa edildi

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvləri...

Avropa İttifaqı Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər

Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı sə...