Almaniya tarixindəki ƏN BÖYÜK ÇEVRİLİŞ CƏHDİ: İzlər Rusiyaya aparır...

Almaniya tarixindəki ƏN BÖYÜK ÇEVRİLİŞ CƏHDİ: İzlər Rusiyaya aparır...

Almaniya Baş Prokurorluğu ölkədə dövlət çevrilişinə cəhdin qarşısının alındığını elan edib.

 

Sfera.az bildirir ki, alman xüsusi xidmət orqanları çevrilişi təşkil etməkdə şübhəli bilinən 50-dən çox şəxsdən 25-ni saxlayıb. Almaniyada sağçı sui-qəsdçilərin saxlanılması mütəmadi olaraq baş verir. Bununla belə, alman nəşrlərinin qeyd etdiyi kimi, hazırkı əməliyyat tarixdə ən böyük əməliyyatlardan biridir.

 

Eyni zamanda terror təşkilatının böyüdüyü vurğulanıb -  onun tərkibinə Prussiya knyazlarının varisi, siyasətçi, yüksək rütbəli hərbçilər və Müdafiə Nazirliyinin xüsusi təyinatlılarının əsgərləri daxildir.

 

TASS agentliyi isə Almaniya təhlükəsizlik qüvvələrinin əməliyyatı ilə bağlı əsas məlumatları toplayıb. Beləliklə;

 

- Saxlanılan 25 nəfər arasında 22 terror təşkilatının üzvü və üç tərəfdarı var. Onlar dövlət çevrilişi hazırlamaqda şübhəli bilinirlər.

 

- Saxlanılanlar arasında Rusiya Federasiyası vətəndaşı Vitaliya B. də yer alıb.

 

- Daha 27 nəfərlə bağlı araşdırmalar davam edir.

 

- Axtarışlar Almaniyanın 16 federal əyalətindən 11-də, 130-dan çox ev və mənzildə aparılıb.

 

Bildirilib ki, üsyançılar fəal şəkildə öz tərəfdarlarını, o cümlədən hüquq-mühafizə orqanlarında - orduda və polisdə olanları cəlb ediblər. Alman hakimiyyət orqanlarının məlumatına görə, şübhəlilər -  ilk növbədə, Reiss sülalə şahzadəsi XIII Henrix, rusiyalı qadın Vitali B.-nin köməyi ilə Rusiya nümayəndələri ilə əlaqə saxlasalar da, Moskvadan razılıq almayıblar. Həmçinin təşkilat üzvlərinin kiçik silahlı dəstə ilə Bundestaqa (Almaniya Federativ Respublikasının xalq nümayəndəliyinin birpalatalı orqanı) basqın etməyi planlaşdırdığı qeyd edilib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Yerə asteroid yaxınlaşır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   Sfera.az xəbər verir ki, b...

“Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir - ŞƏRH

Bu gün “Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti bu müq...

Zelenski: "Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır"

Ukraynanın Rusiyaya qarşı müharibədə Qələbə Planı müttəfiqlərin bu il qəbul edəcəyi sürətli qərarlardan asılıdır.   Sfera.az “Reuters“ə i...

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ - FOTO

Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz ...

Baş nazirin I müavini MDB İqtisadi Şurasının iclasında iştirak etdi

Bu gün Baş nazirin I müavini Yaqub Eyyubov Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 103-cü iclasında iştirak edib.   Sfera.az-ın report-a i...

İnternetdə milyonluq dövriyyəsi olan şəbəkə ifşa edildi

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvləri...