Bir-birindən təsirli abidə tarixçələri - FOTO

Bir-birindən təsirli abidə tarixçələri - FOTO

Heç bir söz demədən güclü mesajlar verən bu daş, mərmər və digər heykəllər tamaşaçılarında onlarla müxtəlif duyğuları oyadır.
 

Sfera.az bu yazıda sizə bir-birindən təsirli 7 abidənin tarixçəsi haqqında qısa məlumat verir.
 

1. Nello & Patrasche
 

Açıklama yok.

Belçikada Lady Antverpen Kilsəsinin qarşısındakı bu abidə ilk baxışdan məsum və sevimli görünə bilər, lakin onun arxasındakı hekayə bir az fərqli perspektiv təqdim edir. Heykəl 19-cu əsrin məşhur nağılının qəhrəmanları olan Nello və onun iti Patraşenin həyatını təsvir edir. Nello həyatında bir çox çətinliklərlə üzləşmiş, yoxsulluq və aclıqla mübarizə aparmış və nəhayət, ən yaxın dostu Patraşe ilə şaxtalı qış axşamının səhəri bu kilsənin qarşısında donub ölmüş halda tapılır.


2. Expansion

Açıklama yok.

Heykəltəraş Paige Bradley tərəfindən hazırlanmış bu əsər konkret bir hekayə ilə əlaqəli deyil, əslində hamımızın içində daşıdığı bir şeyi izah edir. Tərcüməsi “genişləmə” olan Expension həyatda mövcud olan anlaşılmazlıqlar, gözləntilər və yorucu iş saatları altında gizlənmiş potensialımızın ifadəsidir.
 

Əsərini sərgiləmək istəyərkən davamlı olaraq rədd edilən rəssam bir gün hirslə heykəlini haradansa atıb, sonra parçaları yenidən bir araya gətirib belə bir əsər yaradır. İncəsənətin bu çoxşaxəliliyi bizə onun hər sahədə həyatın bir hissəsi olduğunu göstərir.
 

3. Düyünlü Silah
 

Açıklama yok.

Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkdakı qərargahında nəhəng Colt Python 357 Magnum tapançası var. “Qeyri-zorakılıq” heykəli kimi də tanınan bu abidə daha böyük məna daşıyır. Bu bürünc sənət əsəri 1985-ci ildə dostu Karl Fredrik Reutersvard tərəfindən öz evində güllələnərək öldürülən “The Beatles” qrupunun yaradıcısı, müğənni Con Lennonun xatirəsinə hazırlanmışdır.


4. Sevgi - Uşaqlar Yetkinlərin Bədənində Tutulub

Açıklama yok.

Aleksandr Milovun yaratdığı bu heykəl ilk dəfə Nevadadakı Yanan Adamda sərgilənib. Təəccüblüdür ki, bu sənət əsərini müxtəlif yollarla şərh etmək olar. Ən geniş yayılmış versiya isə valideynləri ayrı qalan uşaqlar, eqosunu məğlub edən sevgililər və uşaqlıqda itirilmiş böyüklərin adi həyatları haqqında düşüncələrdir.
 

5. Dunay sahilindəki ayaqqabılar

Açıklama yok.

İkinci Dünya Müharibəsi zamanı yəhudilərdən ayaqqabılarını geridə qoyaraq çayın kənarında dayanmağı tələb edirdilər. Dunay sahilindəki ayaqqabılar çay sahilində həyatını itirən 3500 nəfərin xatirəsinə həsr olunmuş dəmir ayaqqabılar məzmunlu abidə kimi yenidən canlandırılıb. Bu abidəni Macarıstanın Budapeşt şəhərində ziyarət edə bilərsiniz.

6. Haçiko heykəli

Açıklama yok.

Ueno adlı universitet professoruna məxsus gözəl it olan Haçiko Uenonun hər gün stansiyaya qayıtmasını və onunla birlikdə evə gəlməsini gözləyirdi. Professor beyin qanaması səbəbindən iş yerində xəstələnir və xəstəxanaya yerləşdirilir və orada ölür. Sahibinin daha geri dönməyəcəyindən xəbərsiz olan Haçi ölənə qədər hər gün Uenonu stansiyada gözləməklə keçirir. Onun külləri Uenonun yanında basdırılıb.


Əgər hələ də baxmamısınızsa, 1987-ci ildə çəkilmiş “Haçiko” filminə baxmağı şiddətlə tövsiyə edirik...


7. Əli və Nino

Açıklama yok.

1918-1920-ci illərdə Bakıda bolşevik işğalı ərəfəsində müsəlman azərbaycanlı gənci Əli Xan Şirvanşirlə xristian gürcü qızı Nino Kipiani arasında mümkün olmayan sevgidən bəhs edən bu abidə Tamara Kvesitadze tərəfindən hazırlanmışdır.

Gürcüstanın Batumi şəhərindəki bu heykəllər hər səhər saat 7:00-da bir-birinə dönüb qısa müddət öpüşür, sonra yollarını ayırıb öz yollarına davam edir.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...

Prezidentin ötən gün açılışında iştirak etdiyi məktəbdən görüntülər - VİDEO

Elm və Təhsil Nazirliyi Prezident İlham Əliyevin ötən gün Xankəndi şəhərində açılışında iştirak etdiyi Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin videogör...

Bu kolleclərə yeni direktorlar TƏYİN EDİLDİ - FOTO

Azərbaycanda 3 kollecə direktor təyinatı olub.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.    ...