"Putin Avropanı təsir zonalarına bölmək istəyirdi, ancaq..."

Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayan Rusiya prezidenti Avropanı təsir zonalarına bölmək istəyib, lakin əks nəticə əldə edib. Aİ və NATO Kiyevə Rusiyanın təcavüzünə tab gətirməkdə kömək edərək daha da güclənib və birləşib.
 

Sfera.az bildirir ki, bu barədə Almaniya kansleri Olaf Şolz “Xarici İşlər” məqaləsində yazır.

"Putinin bir çox səhv hesablamaları arasında Ukraynaya təcavüzünün onun rəqibləri arasında münasibətləri gərginləşdirəcəyinə dair ehtimallar da var idi. Əslində isə bunun əksi baş verdi: Aİ və transatlantik alyans əvvəlkindən daha güclü olub"- Olaf Şolz qeyd edib.


Alman siyasətçi baş verənləri “Putinin ən pis kabusu” adlandırıb.


“Rusiya müharibəsi təkcə Aİ, NATO və G7-ni təcavüzünə qarşı birləşdirməyib, həm də uzunmüddətli perspektivdə Rusiyaya zərər verəcək və artıq başlanmış təmiz enerji keçidinə təkan verəcək. İqtisadi və enerji siyasətində dəyişiklikləri sürətləndirib”- deyə Şolz vəziyyəti analiz edib.
 

Bununla yanaşı, kansler belə birləşmiş Avropanın bu gün ciddi problemlərlə üz-üzə olduğunu vurğulayıb. Xüsusilə, Aİ-nin genişlənməsi ərəfəsində yeni üzvlərin inteqrasiyasının çətin proses olacağına əmindir.
 

Aİ-nin digər mühüm vəzifəsi qeyri-qanuni miqrasiya problemini həll etməkdir. Şolz Avropanın öz dəyərlərinə uyğun olan praqmatik immiqrasiya strategiyası hazırlamalı olduğunu qeyd edib
 

Şolzun sözlərinə görə Ukraynadakı müharibə göstərdi ki, Avropa İttifaqının öz təhlükəsizlik məsələləri ilə məşğul olması və müdafiəni gücləndirməsinin vaxtı çatıb. Bunun üçün cəsarətli siyasi qərarlar tələb edən daxili bürokratik prosedurları dəyişdirmək lazımdır.
 

Xatırladaqx ki, dekabrın 2-də Olaf Şolz Vladimir Putinlə telefon danışığında Rusiyanın mülki infrastrukturu atəşə tutmasını pisləyib.


Aynil

 


OXŞAR XƏBƏRLƏR

Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu ...

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...