Ömrünü Azərbaycan idmanının inkişafına həsr edən Cavanşir Qurbanovun YUBİLEYİDİR

Ömrünü Azərbaycan idmanının inkişafına həsr edən Cavanşir Qurbanovun YUBİLEYİDİR

6 dekabr Yasamal rayonu Ağsaqallar Şurasının sədri Cavanşir Qurbanovun 75 yaşı tamam olur.

C.Qurbanov hələ gənclik illərindən etibarən idman sahəsində fəaliyyət göstərib, bu istiqamətdə tanınan simalardan birinə çevrilib. Belə ki, 1968-ci ildə idman sahəsində olan C.Qurbanov elə həmin ildə “SSRİ idman ustası” adına layiq görülüb.

 

1972-1992-ci illərdə Bakı şəhəri Xalq Maarifi şöbəsinin Uşaq-Gənclər Güləş İdman Məktəbinin direktoru vəzifəsində çalışıb. Hərbi xidmətini 1972-1973-cü illərdə Mərkəzi Ordu İdman Klubunda keçən Cavanşir Qurbanov 1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü olub.

 

C.Qurbanov hazırda təmsil olunduğu Güləş Federasiyasında 1995-ci ildən fəaliyyət göstərir. O, 1995–2006-cı illərdə Güləş Federasiyasının I vitse-prezidenti kimi fəaliyyət göstərib. Fəaliyyəti dövründə ölkə gəncləri ilə aktiv çalışan C.Qurbanov dövlətimizin idman sahəsindəki uğurlarına öz töhfəsini verib. Bu baxımdan onun 2004-cü il Avropa çempionatının bürünc mükafatçısı və Afina Yay Olimpiya Oyunlarında 5-ci nəticə göstərmiş Rüstəm Ağayevin şəxsi məşqçisi olduğunu demək kifayətdir.

 

O, çoxşaxəli fəaliyyəti dövründə idmana aid xırdalıqları təkcə praktiki yox, həm də nəzəri cəhətdən idmansevərlərə çatdırıb. Belə ki, C.Qurbanov həm də idman və bədən tərbiyəsinə aid bir çox elmi-nəzəri-metodik vəsaitlərin müəllifi olaraq tanınmaqdadır.

 

Ümummilli Heydər Əliyevin rəhbərliyi dövründən hazırkı dönəmədək C.Qurbanov prezident, Milli Məclis, bələdiyyə seçkilərində, habelə digər mühüm əhəmiyyət kəsb edən hadisələrdə dövlətçilik mövqeyindən çıxış edib, Yasamal və Xızı rayonlarında xüsusi fəallıq göstərib.

 

Cavanşir Qurbanov 2020-ci ildən etibarən Yasamal rayon Ağsaqqallar Şurasının sədridir. Onun Şuraya rəhbərliyi dövründə rayon ağsaqqalları ölkəmizdə həyata keçirilən bir sıra ictimai və mədəni işlərdə yaxından iştirak edib, dövlətin inkişafı üçün əllərindən gələni əsirgəməyiblər.

 

Onun idman sahəsindəki 50 ildən çox qüsursuz xidməti Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Elə buna görə də Cavanşir Qurbanov prezidentin 5 mart 2008-ci il tarixli Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.

 

Qeyd edək ki, bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ildə Cavanşir Kazım oğlu Qurbanovun II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.

 

Sfera.az kollektivi adından Cavanşir Qurbanovu 75 illik yubileyi münasibəti ilə təbrik edir, bundan sonrakı fəaliyyətində uğurlar arzu edirik!


OXŞAR XƏBƏRLƏR

Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.  ...

ABŞ-də dindarlar miqrasiya siyasətinə etiraz ediblər: “Tanrının prinsiplərinə ziddir” - FOTO

ABŞ-nin Nyu-Cersi ştatının Nevark şəhərində yerləşən Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) yeni açılan mərkəzi qarşısında etiraz aksiyası keçirilib. Aks...

Çin hakimiyyəti ABŞ-lə bağlı bu qadağanı ləğv etdi

Çin hakimiyyəti Amerikanın “Boeing Co.” şirkətindən təyyarə tədarükünə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az xəbər verir ki, bu ba...

Sükut pozulacaq - Bir neçə gün ərzində...

Mayın 12-də axşam saatlarında səma hadisələri yeni bir dövrün başlanğıcını elan edib. Əqrəb bürcünün 22-ci dərəcəsində baş verən Tam Ay, Uranın birbaşa təsiri i...

Sakin küçədə, ticarətçi zirzəmidə: Parkinq problemi niyə həll olmur?

Məlum olduğu kimi, ötən il avqustun 7-dən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan qaydalar dəyişib. Yeni qaydalara görə, Bakı şəhəri...

İlham Əliyev: “PKK-nın özünü ləğv etməsi bizi də sevindirir”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.   Sfera.az xəbər verir...