Məxfi sənədlər İFŞA EDİLDİ: Almaniyada F-35 xəbərdarlığı... 

Məxfi sənədlər İFŞA EDİLDİ: Almaniyada F-35 xəbərdarlığı... 

ABŞ istehsalı olan F-35 döyüş təyyarələrini almağa hazırlaşan Almaniya ilə bağlı gizli sənədlər ortaya çıxıb.

 

Sfera.az bildirir ki, Bundestaq Büdcə Komitəsinə göndərilən məxfi sənəddə Almaniya Müdafiə Nazirliyinin təxminən 10 milyard avroluq alışda mümkün gecikmələr və əlavə xərclərdən narahat olduğu bildirilib.

 

Qeyd olunub ki, sözügedən sənəd Maliyyə Nazirliyi tərəfindən komissiya üçün Müdafiə Nazirliyinin qiymətləndirmələri əsasında hazırlanıb. Sənəddə bildirilib ki, ABŞ tərəfinin təhlükəsizlik tələbləri kifayət qədər mürəkkəbdir və bu, gecikmələri, o cümlədən xərcləri daha da artıra bilər. Parlamentdəki mənbələrdən “AFP”yə verilən məlumata görə, bu gün Müdafiə Nazirliyində Büdcə komitəsindəki koalisiya partiyası üzvlərinin iştirakı ilə fövqəladə iclas keçiriləcək.

 

Dekabrın 14-də Büdcə Komitəsinin layihə üçün ilk maliyyə tranşını təsdiq edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra Berlin keçən mart ayında 35 ədəd F-35 döyüş təyyarəsi alacağını açıqlamışdı. Almaniya kansleri Olaf Şolz da ötən həftə ABŞ-ın “Lockeed Martin” şirkəti tərəfindən istehsal edilən və dünyanın ən müasir döyüş təyyarəsi kimi tanınan F-35 təyyarələrinin alınması ilə bağlı müqavilənin bu ilin sonuna qədər tamamlanmasını istədiyini söyləmişdi.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...

"Dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər"

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib.   Sfera.az xəbər verir k...

Bu BÜRCLƏRİN əlinə tezliklə çoxlu pul gələcək

Bürcün bəzi əlamətləri yaxın gələcəkdə maliyyə vəziyyətində əhəmiyyətli yaxşılaşma gözləyə bilər.    Sfera.az-ın məlumatına görə, bəziləri üçün ...