İlon Maskdan SƏS-KÜYLÜ İDDİA: “Məni öldürə bilərlər” 

İlon Maskdan SƏS-KÜYLÜ İDDİA: “Məni öldürə bilərlər” 

İş adamı İlon Maskın yeni iddiası səs-küy yaradıb.

 

Sfera.az bildirir ki, son günlərdə sui-qəsd ehtimalının olduğunu deyən Mask bunu sahib olduğu “Twitter” platforması ilə əlaqələndirib.

 

İddia Maskın 2020-ci il prezident seçkilərindən əvvəl Co Bayden komandasının tələbi ilə oğlu Hanter haqqında xəbərlərə senzura tətbiq edən sənədləri ifşa etməsindən sonra ortaya çıxıb. ABŞ-ın keçmiş prezidenti Con Kennedinin öldürülməsini xatırladan Mask fikirlərini bu cür davam etdirib:

 

“Aydındır ki, mənim başıma pis bir şeyin gəlməsi və ya vurulma riski olduqca əhəmiyyətlidir...Kimisə öldürmək o qədər də çətin deyil. Ona görə də ümid edirəm ki, məni öldürməyəcəklər və tale üzümə güləcək”.

 

İş adamı həmçinin Hanter Bayden paylaşımındakı məqsədinin hər şeyi aydınlaşdırmaq olduğunu söyləyib. Özünü “azad sözün mütləqiyyətçisi” adlandıran Mask, “başqasını həqiqətən incitmədiyiniz müddətcə, istədiyinizi deməyə icazə verilməlidir”, deyə əlavə edib.

 

“Twitter”in artıq siyasi platforma olmayacağını qeyd edən Mask, “Açığı, “Twitter” Demokratik Milli Komitənin bir qolu kimi davranırdı və bu, gülünc idi. Əgər platforma müxalif fikirləri susdurub təkliflər irəli sürürsə, bu, seçkiyə müdaxilənin formasıdır”.

 

Xatırladaq ki, ötən günlərdə iş adamı müstəqil jurnalist kimi tanınan Matt Taibbi vasitəsilə keçmiş “Twitter” administrasiyası və demokratlar arasındakı senzura yazışmalarını ifşa etmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...

"Dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər"

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib.   Sfera.az xəbər verir k...

Bu BÜRCLƏRİN əlinə tezliklə çoxlu pul gələcək

Bürcün bəzi əlamətləri yaxın gələcəkdə maliyyə vəziyyətində əhəmiyyətli yaxşılaşma gözləyə bilər.    Sfera.az-ın məlumatına görə, bəziləri üçün ...