Əcnəbilər pullarını Azərbaycana köçürür – Müharibə Rusiyadan valyuta axınını gücləndirib

Əcnəbilər pullarını Azərbaycana köçürür – Müharibə Rusiyadan valyuta axınını gücləndirib

Azərbaycan banklarında xarici ölkə vətəndaşlarına məxsus olan pulun məbləği son 7 ildə ilk dəfə olaraq 1 milyard manatı ötüb. Diqqətçəkən əsas fakt isə ondan ibarətdir ki, əcnəbilərin pulunun həcmindəki artım çox böyük sürətlə gedir.

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin noyabrın 1-də banklarımızda əcnəbilərin 300 milyon manat dəyərində pulu olduğu halda məbləğ bu ilin noyabrında 1,031 milyard manatı ötüb. Son bir ildə əcnəbilər pullarının məbləğini 731 milyon manatdan çox, yəni 3,44 dəfə artırıblar.

 

Məlumatların təhlili göstərir ki, əcnəbilərin pullarındakı artım 2022-ci ilin fevral ayından başlayıb. Bu ilin yanvarın sonunda xarici ölkə vətəndaşlarının pullarının həcmi 294 milyon manata düşdükdən sonra fevralda birdən-birə 552 milyon manata yüksəlib. Martda da çox böyük artım olub və ümumi məbləğ 720 milyon manata çatıb.

 

Sonrakı aylarda artım aşağı templə getsə də, sentyabr və oktyabr aylarında yenidən güclənib. Əcnəbilər əmanətlərini sentyabrda 78 milyon manat, oktyabrda 77 milyon manat artıb.

 

Əcnəbilərin banklarda olan pulundakı artım əsasən xarici valyutada müşahidə edilib. Yanvarın sonunda xarici valyutada 161 milyon manat dəyərində əmanətə sahib olan əcnəbilər bu vəsaitlərini 742 milyon manata çatdırıblar.

 

Amma qeyd edək ki, manatla olan vəsaitlər də artıb. Fevraldan manatla saxlanan pulun məbləği 156 milyon manat artaraq 289 milyon manatı ötüb.

 

Bəs, əcnəbilər 2022-ci ilin fevralından Azərbaycan banklarına niyə daha çox pul yerləşdirməyə başlayıb?

 

Bunun yeganə səbəbi Rusiya Ukrayna müharibəsidir.

 

Müharibədə iştirak etməmək üçün Rusiya vətəndaşı olan soydaşlarımızın bəziləri Azərbaycana qayıdıblar. Qayıdan azərbaycanlılar sahib olduğu vəsaitin bir hissəsini ölkəmizə, o cümlədən banklara transfer edib. Məlumatlara görə Rusiyada dekabrda növbəti səfərbərlik olacaq. Bu xəbər təsdiqini taparsa, daha çox insanın Azərbaycana qayıdacağı gözlənilir.

 

Soydaşlarımızın digər qismi isə Azərbaycana qayıtmasa da Rusiyada sahib olduqları əmlakı sataraq pulu ölkəmizdəki banklara köçürür.

 

Hər iki faktla əlaqədar olaraq xarici ölkə vətəndaşlarının Azərbaycan banklarındakı pulunun məbləği sürətlə artır. Yəqin ki, müharibə davam etdikcə əcnəbilərin əmanətlərinin həcmində artım davam edəcək.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...

Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.  ...