“Putinlə müntəzəm müzakirələr aparıram” - Makron

“Putinlə müntəzəm müzakirələr aparıram” - Makron

Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə birbaşa əlaqə saxlayır.

Sfera.az bildirir ki, bu barədə Makron “CBS” telekanalının jurnalistlərinə müsahibəsində söyləyib. O qeyd edib ki, belə bir vəziyyətdə təcrid etmək ən pis seçimdir:

 

“Putinlə müntəzəm müzakirələr aparıram. Hesab edirəm ki, qarşılıqlı əlaqəni bərpa etməyin ən yaxşı yolu birbaşa ünsiyyət kanalını saxlamaqdır”.

 

Ukraynadakı münaqişənin sonunu necə gördüyü ilə bağlı sualı cavablandıran Makron “Ukraynalılar bununla bağlı qərar verməlidir”, -  deyə bildirib.

 

"Bu vəziyyətdən yeganə çıxış yolu danışıqlardır. Mən heç bir hərbi variant görmürəm", - Fransa lideri vurğulayıb.

 

“Rusiya və Ukrayna nümayəndələri ilə qeyri-rəsmi danışıqlar aparılırmı?” sualını isə Makron belə cavablandırıb: "Mən heç vaxt qeyri-rəsmi proseslərdə iştirak etmirəm. Həmişə öz işlərim barədə məlumat verirəm. Hər dəfə prezident Putinlə danışanda bunu ictimaiyyətə açıqlayırdım". O, əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə münasibətdə də oxşar mövqe tutur.

 

Xatırladaq ki, şənbə günü Fransa lideri ABŞ-a dövlət səfərindən sonra “TF1”ə verdiyi müsahibədə yaxın gələcəkdə Putinlə telefon danışığının baş tuta biləcəyini təsdiqləyib. Makronun sözlərinə görə, o, digər məsələlərlə yanaşı, Zaporojye atom elektrik stansiyası ətrafındakı vəziyyətə də toxunmaq niyyətindədir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...

Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.  ...

ABŞ-də dindarlar miqrasiya siyasətinə etiraz ediblər: “Tanrının prinsiplərinə ziddir” - FOTO

ABŞ-nin Nyu-Cersi ştatının Nevark şəhərində yerləşən Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) yeni açılan mərkəzi qarşısında etiraz aksiyası keçirilib. Aks...

Çin hakimiyyəti ABŞ-lə bağlı bu qadağanı ləğv etdi

Çin hakimiyyəti Amerikanın “Boeing Co.” şirkətindən təyyarə tədarükünə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az xəbər verir ki, bu ba...

Sükut pozulacaq - Bir neçə gün ərzində...

Mayın 12-də axşam saatlarında səma hadisələri yeni bir dövrün başlanğıcını elan edib. Əqrəb bürcünün 22-ci dərəcəsində baş verən Tam Ay, Uranın birbaşa təsiri i...