Finlandiyadan NATO-ya üzvlüklə bağlı YENİ AÇIQLAMA: “Yaz aylarında..”

Finlandiyadan NATO-ya üzvlüklə bağlı YENİ AÇIQLAMA: “Yaz aylarında..”

Finlandiyanın NATO-ya üzvlük prosesi davam edərkən, xarici işlər naziri Pekka Haavisto mühüm açıqlamalar verib.

 

Sfera.az bildirir ki, “Kyodo” xəbər agentliyinə danışan nazir Rusiyanın Ukraynaya hücumları və yaranan nüvə təhlükəsinin Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciət etməsinə səbəb olan mühüm amillərdən olduğunu deyib.

 

“Macarıstan fevralın əvvəlində NATO-ya üzvlüyü təsdiqləyəcək. Türkiyənin təsdiqi də daxil olmaqla, hər şeyin yazda həll olunacağına ümid edirəm”, deyə Pekka əlavə edib.

 

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsindən sonra Finlandiya və İsveç may ayında NATO-ya üzvlük üçün müraciət etmişdilər. Proses isə alyansın 30 üzvünün hamısının təsdiqini tələb edir.

 

Türkiyədən başqa Macarıstan da hələ səsvermədə iştirak etməyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...

Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.  ...

ABŞ-də dindarlar miqrasiya siyasətinə etiraz ediblər: “Tanrının prinsiplərinə ziddir” - FOTO

ABŞ-nin Nyu-Cersi ştatının Nevark şəhərində yerləşən Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) yeni açılan mərkəzi qarşısında etiraz aksiyası keçirilib. Aks...

Çin hakimiyyəti ABŞ-lə bağlı bu qadağanı ləğv etdi

Çin hakimiyyəti Amerikanın “Boeing Co.” şirkətindən təyyarə tədarükünə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az xəbər verir ki, bu ba...