Dünyada silah satışı artır – Çin ABŞ-ın əsas rəqibinə çevrilib 

Dünyada silah satışı artır – Çin ABŞ-ın əsas rəqibinə çevrilib 

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2021-ci ildə dünyada silah satışı ilə bağlı hesabatını təqdim edib. Hesabata görə dünyada silah satışı ardıcıl yeddinci il artıb.

 

Sfera.az xəbər verir ki, keçən il satışlar 1,9% artaraq 592 milyard dollar təşkil edib.

 

SIPRI-nin məlumatına əsasən, Rusiya şirkətləri silah istehsalını artırıb, lakin sanksiyalarla əlaqədar yarımkeçiricilər (“çip”) almaqda çətinlik çəkdiyindən yeni modellərin istehsalını genişləndirməyi bacarmayıblar. Buna baxmayaraq, 2021-ci ildə 6 Rusiya şirkəti dünyanın ən böyük 100 silah istehsalçısı siyahısına daxil olub. 2020-ci ildə bu siyahıda Rusiyanın 9 böyük şirkəti var idi. Rusiyanın böyük şirkətlərinin silah satışları 2020-ci illə müqayisədə ötən il 0,4% artaraq 17,8 milyard dollar təşkil edib.

 

SIPRI qeyd edir ki, silah satışında liderlik ABŞ-yə məxsusdur. Ən çox silah istehsal edən 100 şirkətdən 40-ı ABŞ-yə aiddir. Eyni zamanda ən çox silah istehsal edən ilk 5 şirkət də ABŞ-yə məxsusdur. Ümumilikdə, ABŞ şirkətinin satışları 299 milyard dollara çatıb. Reytinqə Avropadan 27 şirkət daxil edilib, onların ümumi satışları 2021-ci ildə 4,2% artaraq 123 milyard dollara çatıb. Asiya və Okeaniyadan isə 21 şirkət reytinqə daxil olub ki, onların da satışları 136 milyard dollar dəyərində qiymətləndirilib.

 

Bu region şirkətlərinin satışları 5,8% artıb. Asiya və Okeaniyaya daxil olan ölkələrin satdığı silahın 109 milyard dollarını 8 Çin şirkəti satıb. Çin silah satışı bazarında ABŞ-ın əsas rəqibidir. Cənubi Koreyanın 4 şirkəti isə satışları 3,6% artaraq 7,2 milyard dollara çatdırıb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...

Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.  ...

ABŞ-də dindarlar miqrasiya siyasətinə etiraz ediblər: “Tanrının prinsiplərinə ziddir” - FOTO

ABŞ-nin Nyu-Cersi ştatının Nevark şəhərində yerləşən Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) yeni açılan mərkəzi qarşısında etiraz aksiyası keçirilib. Aks...