Kreml Baydenin danışıq təklifinə “yox” DEDİ – Peskov səbəbi açıqladı

Kreml Baydenin danışıq təklifinə “yox” DEDİ – Peskov səbəbi açıqladı

“Əgər ABŞ-ın şərti Ukraynadan çəkilməkdirsə, Kreml danışıqlara hazır deyil”.

Sfera.az bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

 

“Prezident Vladimir Putin təmaslara həmişə açıq olub və bundan sonra da belə olacaq”, deyə o əlavə edib. Peskov həmçinin ABŞ prezidenti Co Baydenin yalnız Putin Ukraynanı tərk etdikdən sonra danışıqların mümkün olması barədə sözlərini də xatırladıb.

 

“Xüsusi hərbi əməliyyat davam edir. Amma təbii ki, maraqlarımızı təmin etmək üçün bizim də ən çox üstünlük verdiyimiz şey diplomatik yollardır”, deyə Kremlin sözçüsü söyləyib.

 

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Co Bayden bildirib ki, Rusiya lideri Vladimir Putinlə gələcək təmaslar ABŞ və onun NATO tərəfdaşları arasında məsləhətləşmələr əsasında mümkündür. Ağ Ev rəhbərinin sözlərinə görə, o, Rusiya rəhbəri ilə “müstəqil əsaslarla” əlaqə saxlamaq niyyətində deyil.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...