Azyaşlılar niyə cinayətkara çevrilir? – Psixoloq səbəblərdən və çıxış yollarından danışdı

Azyaşlılar niyə cinayətkara çevrilir? – Psixoloq səbəblərdən və çıxış yollarından danışdı

Son zamanlar istər yerli, istərsə də dünya mətbuatında azyaşlıların qətl törətməsi ilə bağlı xəbərlərlə çox rastlaşırıq. Özəlliklə, öz yaşıdlarına qarşı cinayət xarakterli davranışların sayında artım var. Halbuki el arasında uşaqların hər zaman məsum olduğu deyilir, buna inanılır.

Bəs, bəzi uşaqlar niyə cinayət xarakterli davranışlara meylli olur? Həmin azyaşlılarla necə davranmalı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Rövşən Nəcəfov deyib ki, uşaqlarda cinayətkar təfəkkürün formalaşması mühitdən asılıdır:

 

 

“Sağlam mühitin formalaşması üçün hüquqi və psixoloji maarifləndirmə fəaliyyətləri genişləndirilməlidir. Məktəblərdə şagirdlərin iştirakçı olduğu qeyri-formal təhsil istiqamətində tədbirlərin keçirilməsi üçün zərurət böyükdür. Uşaq üçün istənilən informasiya bilik olaraq qəbul olunur. Uşaq psixologiyasının inkişaf mərhələlərində ailənin rolu böyükdür. Ailədə uşaqların sualları cavabsız qalanda, uşaqlar cavablarını başqa mühitlərdə axtarır. Uşaqların istər rəqəmsal dünyada, istərsə də əyani iştirak etdiyi dünyada həssaslığını unutmamalıyıq. Onların psixikasının faydalı inkişaf etməsi üçün ailə də, cəmiyyət də, informasiya resursları da həssaslığı təmin etməlidirlər”.

 

Müsahibimiz qeyd edib ki, cinayət psixologiyasına qarşı ən güclü immunitet təhsildir:

 

“Qadağalar və cəzalar tərbiyə üsulu deyil. Məktəblərdə rüblük və illik psixoloji mühitin diaqnostikası aparılmalıdır. Uşaqlarla işləyən özəl və dövlət qurumları peşəkar formada diqqəti və qayğını təmin etməlidirlər. Uşaqlara şəxsiyyət olaraq yanaşmalıyıq ki, öz fikirlərini açıq şəkildə ifadə edə bilsinlər. Cinayət xarakterli davranışlar bütün insanlarda var. İnsan şüurlu canlı olduğu üçün bütün anlayışlar da şüurlu izah edilməlidir. “O olmaz”, “bu olmaz” dediyimiz hər şey olur. Təəssüf ki, cinayət xarakterli hadisələrin səbəblərini müşahidə edəndə görürük ki, ailədə uşaqlar şəxsiyyət kimi yox, fərd kimi yetişdirilir. Ailədə şiddət görən uşaq başqalarına da şiddət göstərmiş olacaq. Şiddətin "norma" olduğunu anlayacaq. İnsan psixologiyasında "norma" olaraq ifadə etdiyimiz anlayışları normal olaraq mühitə təsirini aydınlaşdırmalıyıq”.

 

Şamaxıda azyaşlının ölümü ilə bağlı cinayət işi açıldı - Saxlanılan var -  xeberler

 

Psixoloqun fikrincə, həm də filmlərdə və istənilən informasiya mənbəsində yaş uyğunluğu müəyyən edilməlidir:

 

“İnsanın şüuraltına topladığı informasiyalar onun davranışlarına bələdçilik edir. Bəzən valideynlər düşünür ki, onun övladı hər şeyi bilir və ya hər şeyi bilməsi ilə bağlı yalana inanır. Özünü də, övladını da başqaları üçün ifadə etdiyi yalanlara inandırır. Uşaqlar ailələrin güzgüsüdür. Onların davranışlarını müşahidə edərək ailələrin psixoloji mühiti haqqında nəticələrə gəlmək olar. Yaxınımızda və ətrafımızda şiddət görən uşaqlara sahib çıxılmalıdır. Bu istiqamətdə psixoloji ideya və təşəbbüslərə şərait yaradılmalıdır. “Ailədaxili hadisədir” deyilməməlidir. Biganə qaldığımız hər şey və hər kəs, bizim olmasa da, övladlarımızın qarşısına çıxacaq”.

 

Günay Rəsulqızı

 

Qeyd: Material Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

 

Mövzu: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq.   Sfera.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.   Bildirili...

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...