Xəyanətə görə arvadına 6 bıçaq zərbəsi vuran ər: “Messenger” yazışmalarını gördüm, artıq..."

Xəyanətə görə arvadına 6 bıçaq zərbəsi vuran ər: “Messenger” yazışmalarını gördüm, artıq...

Gəncə Ağır Cinayətlər Məhkəməsində qısqanclıq zəminində həyat yoldaşı 1990-cı il təvəllüdlü Gülüzar Həsənovanı bıçaqlayaraq qətlə yetirən 1985-ci il təvəllüdlü Sabir Şabanova hökm oxunub.


Sfera.az xəbər verir ki, hadisə bu il iyunun 4-də Gəncə şəhərində baş verib.

 

Sabir Gülüzar ilə 2014-cü ildə ailə həyatı qurub və bir il sonra onların Əli adlı övladları dünyaya gəlib. Lakin evliliklərindən qısa müddət sonra münasibətləri pisləşib. Məhkəmə iclasında təqsirləndirilən şəxs S. Şabanov ifadəsində bildirib ki, əvvəllər də Gülüzar ona xəyanət edib və bu səbəbdən davaları olub. Gülüzar birlikdə yaşamaq istəmədiyi üçün tez-tez anasıgilə gedib. Hadisədən iki həftə öncə Gülüzar Sabirlə aralarında yaranan mübahisə səbəbindən yenə ata evinə gedib və həmin günə qədər orada qalıb.

 

S. Şabanovun sözlərinə görə, o qətlin baş verdiyi gün Gülüzarı iş yerindən götürüb yaşadıqları ünvana gətirib:

 

“Evdə ikimiz idik, mübahisə zamanı Gülüzardan mənə kimlərlə xəyanət etdiyini soruşdum. Sualıma məəttəl qaldı, lakin həmin sualı ona təkrar-tərkar verəndə mənə “səhv etmişəm, qələt etmişəm” deyə cavab verdi. Bunun üçün artıq onun xəyanət etdiyinə əmin oldum. Özümlə bıçaq götürüb Gülüzarı zirzəmiyə çağırdım, orada bıçaqla sinəsindən 5-6 dəfə xəsarət yetirdim. Bıçaqlayandan sonra çölə çıxdım, telefonu götürmək üçün qayıdanda telefonla qardaşına zəng eləməyə çalışdığını gördüm. Telefonu əlindən alıb çıxdım. Arxamca gəlsə də yıxıldı. Köməklik göstərmədim”.


O ifadəsində bildirib ki, əvvəllər Gülüzarın anasıgillə qonşuluqda yaşayan Tural adlı şəxslə “Messenger” yazışmalarını görüb və bu barədə Gülüzarın anasına da məlumat verib: “Uşağımız var, ayrılmayaq deyə neçə illər Gülüzarın xəyanətlərinə dözdüm. Lakin artıq səbrim qalmamışdı".

Məhkəmənin hökmü ilə Sabir Şabanov 10 il müddətinə azadlıqdan məhrum edilib. 


Nəzrin Cavadzadə
 


OXŞAR XƏBƏRLƏR

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar X...

Kontakt karate növləri üzrə yay seminarı təşkil olunub - FOTOLAR

Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş Kontakt karate növləri üzrə (Kyokuşinkay, Kosiki, Asihara)...

Rusiya ərazisində Azərbaycan əleyhinə təxribatların sistemli hal alması suallar yaradır -Ekspert

Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən son əməliyyatlar haqlı narazılıq və narahatlıq doğurur. Bir çox h...