16 yaşlı Turanı öldürən Ruslan barəsində ŞOK DETALLAR: "Onu orada..." - VİDEO

16 yaşlı Turanı öldürən Ruslan barəsində ŞOK DETALLAR:

Bir neçə gün öncə Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Turan Rüstəmovu bıçaqla qətlə yetirməkdə ittiham olunub.

 

Sfera.az xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən Ruslan Səfixanovun polis əməkdaşları tərəfindən saxlanılmasının görüntüləri yayılıb. Onu Çevik Polis Alayının əməkdaşları saxlayıb.

 

Hadisənin baş verdiyi Şağan Olimpiya İdman Kompleksində olan "Arifoğlu" cüdo klubunun məşqçisi Səfər Əkbərli İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişinə qətlə yetirilən XI sinif şagirdi Turan Rüstəmov və qətli törətməkdə ittiham olunan Ruslan Səfixanovla bağlı fikirlərini bölüşüb:

 

"Hadisə məşqçilərin arxasında baş verdi. Həmin vaxt hamı tatamiyə baxırdı. Yarış getdiyi üçün arxaya fikir vermirdilər. İdman tarixində hələ belə şey olmamışdı. Onları aralayandan sonra Turanın üzərində qanı gördük. Arenada bir həkim var idi və o da Turana yaxınlaşdı. Hamımız hadisədən sonra şokda idik. Biz Turanı xəstəxanaya çatdıra bilmədik, maşında dünyasını dəyişdi.

 

Turan Rüstəmov çox mərifətli, tərbiyəli, qanacaqlı bir gənc idi. Bizim region yarışlarımızın da qalibi olmuşdu. Çox istedadlı idmançı idi. Bu günə kimi heç bir idmançı və məşqçi onun barəsində mənfi fikir bildirməmişdi.

 

Ruslan Səfixanovu zatən hamı tanıyır. Biz onu yarışa dəvət etməmişdik. Biz onun atası ilə danışmışdıq və onu dəvət etmişdik. Atasının işi çıxıb deyə onu göndərmişdi. Onu da ki, yığma komandadan dəfələrlə qovublar. Onun keçən il də söz-söhbəti olmuşdu. Ruslan haqqında kimdən soruşsaz, heç kim müsbət rəy demir".

 

 

(baku.ws)


OXŞAR XƏBƏRLƏR

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar X...

Kontakt karate növləri üzrə yay seminarı təşkil olunub - FOTOLAR

Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş Kontakt karate növləri üzrə (Kyokuşinkay, Kosiki, Asihara)...

Rusiya ərazisində Azərbaycan əleyhinə təxribatların sistemli hal alması suallar yaradır -Ekspert

Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən son əməliyyatlar haqlı narazılıq və narahatlıq doğurur. Bir çox h...