Narkotik ittihamı ilə saxlanılan şəxs bəraət aldı, polis əməkdaşları cəzalandırıldı

Narkotik ittihamı ilə saxlanılan şəxs bəraət aldı, polis əməkdaşları cəzalandırıldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilən Mirzəyev Ramin İlyas oğlu Şirvan Appelyasiya Məhkəməsinin qərarı ilə bəraət alıb.

Sfera.az xəbər verir ki, bu barədə R. Mirzəyevin vəkili Ceyhun Yusifov öz facebook hesabında paylaşım edib.

 

Xatırladaq ki, Ramin Mirzəyev ötən il narkotik vasitələrin daşınmasına görə saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb. O sərbəst buraxılsa da, barəsində başladılan cinayət işi qüvvədə qalıb. Daha sonra  Mirzəyev DİN rəhbərliyinə şikayətlər ünvanlayıb. Bildirib ki, onun saxlanılması və barəsində başladılan cinayət işi sifarişli xarakter daşıyır.

 

Nazirliyin Daxili Təhqiqat İdarəsinin başladığı araşdırma nəticəsində məlum olub ki, DİN vəzifəli şəxsləri tərəfindən Raminin evindən axtarış zamanı bir neçə növ narkotik vasitə aşkarlandığı bildirilsə də, əslində həmin gün onun evində axtarış  keçirilməyib.

 

Nazir Vilayət Eyvazovun əmri ilə xidməti fəaliyyətində yol verdiyi nöqsanlara və vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədiklərinə görə ŞPŞ rəisi, polis polkovniki Hikmət Quliyev, baş əməliyyat işləri üzrə müavin, polis mayoru Ramil Salayevə və təhqiqatçılara şiddətli töhmət verilib.

 

Şöbənin Cinayət Axtarış şöbəsinin rəisi Bəhruz Mirzəyev, baş əməliyyat müvəkkili Şamil və polis əməkdaşı Kamil Məmmədov isə polis orqanlarındakı xidmətdən xaric edilib.

 

Nəzrin Cavadzadə


OXŞAR XƏBƏRLƏR

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar X...

Kontakt karate növləri üzrə yay seminarı təşkil olunub - FOTOLAR

Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş Kontakt karate növləri üzrə (Kyokuşinkay, Kosiki, Asihara)...