Bukingem sarayında kraliçalar qadınlara qarşı zorakılıq əleyhinə toplaşıb - FOTO

Bukingem sarayında kraliçalar qadınlara qarşı zorakılıq əleyhinə toplaşıb - FOTO

Londonda səfərdə olan Ukraynanın birinci xanımı Elena Zelenskaya Britaniyanın baş naziri Rişi Sunak və həyat yoldaşı Akşata Murti ilə görüşüb.

 

Sfera.az bildirir ki, Ukrayna prezidentinin həyat yoldaşı Bukingem sarayında kraliça Kamillanın verdiyi ziyafətə dəvət olunub.

 

Müvafiq fotolar kral sarayının rəsmi səhifələrində yer alıb. Tədbirdə Zelenskaya ilə yanaşı İordaniya kraliçası Rania və Belçika kraliçası Mathilde də iştirak edib. Dəvət olunanlar arasında “Spice Girls” qrupunun keçmiş üzvü Melani Braun, Danimarkanın vəliəhd şahzadəsi Meri, Sierra Leonenin birinci xanımı Fatima Bio və Uesseksdən qrafinya Sofi də yer alıb.

 

"Bu gün gözəl bir qrup qadın və kişi Bukingem Sarayında bir məqsədlə toplaşıblar - qadınlara və qızlara qarşı zorakılığa son qoymaq. Mən onların hekayələrindən çox təsirləndim və ilhamlandım. Qətiyyət və cəsarətlə bu iyrənc hadisələrin sonunu görəcəyik”-deyə Kraliça Kamilla bildirib.

 

Qeyd edək ki, Kraliça Kamille 10 ildən artıqdır qadınlara qarşı zorakılıq haqqında informasiyanı artırmaq, sağ qalanları müdafiə etmək və əsas məsələləri müzakirə etmək üçün xeyriyyə təşkilatlarını və qərar qəbul edənləri bir araya gətirmək üçün çalışır. Bundan əvvəl Elena Zelenskaya Britaniya kral ailəsinin üzvləri ilə də görüşüb. Əvvəlcə onu Şahzadə Uilyam və Keyt Middlton qəbul edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR