İkinci Dünya Müharibəsinin DƏHŞƏTLİ FAKTLARI - Yapon Ordusunun kannibalizm və işgəncələri + FOTOLAR

İkinci Dünya Müharibəsinin DƏHŞƏTLİ FAKTLARI - Yapon Ordusunun kannibalizm və işgəncələri + FOTOLAR

Müharibə dəhşətli reallıqdır. Xüsusən də tarixin ən böyük və ən dağıdıcı müharibəsi sayılan İkinci Dünya Müharibəsi çoxlu faciələrə şahidlik edib: Xirosima, nasistlər, Holokost...

 

Sfera.az bu yazıda heç yerdə rast gəlmədiyiniz Yapon ordusu tərəfindən hindistanlı məhbuslar üzərində kannibalizm və işgəncə hekayələrini təqdim edir.

 

İkinci Dünya Müharibəsində iştirak edən ordulardan biri də Britaniya Hindistanı ordusu idi.

 

 

Həmin günlərdə İngiltərə hakimiyyəti altında olan Hindistan bunun nəticəsində öz vətəndaşlarının çoxunu Yaponiyaya qarşı döyüşmək üçün orduya göndərirdi. İkinci Dünya Müharibəsi zamanı bu orduda 2 milyona yaxın hindlinin iştirak etdiyi təxmin edilir. Bu ordu Malaya, Sinqapur və Birma cəbhələrində Yaponiya İmperator Ordusuna məğlub olub. Böyük sayda ingilis və hindli burada Yaponiya əsirinə çevrilib və ağlasığmaz dərəcədə pis şəraitdə yaşamağa məcbur olub. Ən ağır işgəncələrə məruz qalan məhbuslar isə Borneo adasındakılar olub. Bu adada əsir götürülən hindlilərin əksəriyyəti Britaniyanın komandanlığı altında olan 15-ci Pəncab alayından idi. Burada qurulan əmək düşərgəsində, xüsusən də hindlilər dərisi tünd olduqları üçün yaponlar tərəfindən ağır şəraitdə yaşamağa məhkum edilmişdi.

 

27 dekabr 1941-ci ildə 212 digər hind əsgəri ilə yaponlara əsir düşən Havildar Çanqdi Ram o günləri belə təsvir edir:

 

“Bizə pis yemək verilirdi, ona görə də yaxşı yeyə bilmirdik və bir çoxumuz gündən-günə zəifləyirdik. Bədənimiz işi görə bilməyəcək qədər zəif olanda bizi döyürdülər. Ağır silah daşımayanları da döyürdülər".

 

 

Gördüyü zorakılıq nəticəsində Ram dişlərini itirib və körpücük sümüyü sınıb. Əsgərlər huşunu itirənə və ya ölənə qədər zorakılığa məruz qalırdılar.

 

“1945-ci ilin iyunu idi, bizə hindlilər kimi sıraya düzülmək əmri verildi, sonra hamı yaponlar tərəfindən ya bıçaqlandı, ya da başları kəsildi”.

 

Ram kolların arxasında gizlənərək özünü bu vəziyyətdən xilas edib. İndi isə qəddarlığın ən pis hissəsinə keçək: (Əsəbləri zəif olanların bundan sonrakı hissələri ya oxumaması, ya da ehtiyatla oxuması tövsiyə edilir).

 

Yapon ordusunun əsgərləri hindli məhbuslarının ətini yeməyə başlamışdılar.

 

 

1944-cü ilin noyabrında yaponlar tərəfindən əsir götürülən gənc pilotun başı kəsilib və daha dəhşətli mənzərə : “Mən ağacın arxasında gizlənmişdim. Yaponların bir tikə ət kəsib qovurduqlarının şahidi oldum”.

 

Digər məhbus Naik Hatəm Əli o günləri belə xatırlayır: “Yaponlar hər gün bizdən birini seçər, öldürər və görünməz bir küncdə yeyərdilər. Bunu özüm görmüşəm, cəmi 100 nəfəri yeyiblər. Ətləri kəsilərkən sağ olan məhbuslar daha sonra bir çuxurda ölümə tərk edilib. Həmin məhbusların ağrılı qışqırıqlarını eşitmək dəhşətli bir təcrübə idi. Sağ qalmağım bir möcüzədir”.

 

Yapon ordusunun qeyri-insani rəftarına qadın məhbusların təcavüzü də daxildir. Sifilisin anadan uşağa keçib-keçmədiyini araşdırmaq istəyən yaponlar təcavüz etdikləri qadınları qəsdən yoluxdurublar. 731-ci bölmə adlı bədnam birləşmənin həkimləri də məhbusları diri-diri kəsdikləri təcrübələr aparıblar (731-ci bölmə haqqında yazı təqdim etmişdik). Bu müddət ərzində narkoz və ağrıkəsicilərdən istifadə edilməyib.

 

Bəzi məhbusların beyin və ciyərlərinin diri-diri çıxarıldığı da qeyd edilir.

 

 

Başqa bir ümumi işgəncə üsulu bambuk bitkisinə aiddir. Məhkumlar sürətlə böyüyən bambuk bitkisinə bağlanır və iti yarpaqları olan bambuk məhbusların arasından deşilərək keçir, bu da yavaş-yavaş və ağrılı ölümə səbəb olurdu. Yapon ordusu asaraq edam etmək və qurbanların dərisini soymaq kimi işgəncə üsulları da var idi.

 

Tarixdə dəhşətli səhifə kimi qalan, bəşəriyyətə qarşı törədilən bu cinayətlər həqiqətən insanı ürpədir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR