Baş nazir: "İsveç terror təşkilatları üçün təhlükəsiz sığınacaq yeri olmamalıdır" - FOTO

Baş nazir:

İsveç baş naziri Ulf Kristersson Türkiyənin Suriyanın şimalındakı bombardmanlarını İsveç hökumətinin tənqid etməməsinin doğru olduğunu vurğulayıb.

 

Sfera.az İsveç mətbuatına istinadən bildirir ki, bu barədə o, mətbuata açıqlamasında bildirib.

 

Baş nazir Türkiyənin özünü terror hücumlarından qorumaq hüququ olduğunu qeyd edib. O həmçinin bildirib ki, İsveç Türkiyəni hədəf alan terror təşkilatları üçün təhlükəsiz sığınacaq yeri olmamalıdır.

 

Kristersson: “Türk ordusunun anti-terror əməliyyatları fonunda Türkiyənin terrora qarşı özünü müdafiə haqqına sahibdir”-deyə bildirib.

 

Kristersson İsveçin terror təşkilatları ilə dialoqa girməyəcəyini və bunun üçün lazımi addımların atılacağını vurğulayıb.

 

Qeyd edək ki, Sosial Demokratlar Partiyasının sözçüsü Morgan Johansson isə Türkiyənin Suriyanın şimalındakı bombardmanlarının beynəlxalq hüququn pozulması olduğunu bildirib.

 

O, İsveç hökumətini Aİ-dən çıxmağa çağırıb.

 

Aynil

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR