“12-ci imam”ın məhkəməsində şahid ifadələri: “Deyirdi ki, zəkat verməlisiniz...”

“12-ci imam”ın məhkəməsində şahid ifadələri: “Deyirdi ki, zəkat verməlisiniz...”

Bakı Ağır Cinayətlər Məhkəməsində özünü “12-ci imam” adlandıraraq 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Sfera.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin ifadəsi dinlənilib. İlkin olaraq şahid qismində Azər İslamov ifadə verib. O, ifadəsində Aqil Babayevlə 2003-cü ildən tanıdığını deyib:

 

“Aqili 19 il bundan əvvəl əmim oğlu Fuadın vasitəsilə tanımışam. Özünü “İmam Mehdi” kimi təqdim edirdi. O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyirdi. Axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayırdı. Hər zaman deyirdi ki, dinin əsas qaydalarından biri zəkatdır.  2007-2012-ci illər aralığında zəkat verməyə başladım. Mənə deyirdi ki bu zəkatlar imkansızlara və şəhid ailələrinə yardım üçün yığılır. Bir müddət maddi sıxıntım oldu deyə, zəkat verə bilmədim. Lakin 2017-2021-ci illər aralığında yenidən zəkat verməyə başladım. Ümumilikdə, 7 min 200 manat zəkat vermişəm. 2021-ci ildə artıq hamımız anladıq ki, bu insan dələduzluq edir. Belə olan halda hüquq-mühafizə orqanlarına müraciət etdik".

 

A.Babayev elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, bu işdə zərəçəkmiş olan A.İslamovu özünə sürücü vəzifəsinə götürüb və ona müəyyən maddi yardımlar edib: "Özümə sürücü götürmüşdüm. Onun yaşadığı evi də mən almışam".

 

Məhkəmənin növbəti iclası dekabrın 13-nə təyin edilib.

 

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün “İmam Mehdi” olmasına inandırıb. Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

 

O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.

 

Nəzrin Cavadzadə


OXŞAR XƏBƏRLƏR

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar X...

Kontakt karate növləri üzrə yay seminarı təşkil olunub - FOTOLAR

Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş Kontakt karate növləri üzrə (Kyokuşinkay, Kosiki, Asihara)...