Manat bir qədər də BAHALAŞDI - Azərbaycanda durum necə olacaq?

Manat bir qədər də BAHALAŞDI - Azərbaycanda durum necə olacaq?

Manatın real məzənnəsi bu ilin oktyabrında bir qədər də yüksələrək son illərin ən yüksək səviyyəsinə çatıb.


Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, son bir ildə manatın ümumi real effektiv məzənnəsi 18,8 faiz artıb. Bu artımdan sonra real məzənnə baza dövründən (2000-ci ilin dekabrı) 25,3 yüksək olub. 


Real məzənnənin bahalaşması qeyri neft-qaz sektoru üzrə də müşahidə edilir. Son bir ildə qeyri neft-qaz sektoru üzrə manatın real dəyəri 11,5 faiz, baza dövrünə nisbətən isə 13,1 faiz bahalaşıb. 


Qeyd edək ki, manatın real məzənnəsinin bahalaşması Azərbaycanda inflyasiya səviyyəsinin ticarət tərəfdaşı olan ölkələrdəki inflyasiyadan yüksək olması ilə bağlıdır. Yüksək inflyasiya ilə əlaqədar Azərbaycanda məhsullar daha baha olur ki, bu da yaxşı hal deyil. Belə vəziyyətdə Azərbaycandan ixrac çətinləşir, idxal isə asanlaşır.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Slovakiyada məktəb qətliamı azı iki nəfərin ölümü ilə nəticələnib

Bu gün Slovakiyanın Spiska Stara Ves şəhərində məktəbdə qətliam baş verib. Dərs zamanı 18 yaşlı oğlan bıçaqla müəllimə və iki sinif yoldaşına hücum edib. Ən azı...

Fransa Suriya ilə bağlı konfrans keçirəcək

Fransa fevralın 13-də Parisdə Suriyadakı vəziyyətlə bağlı konfrans keçirməyi planlaşdırır. Sfera.az bildirir ki, bu barədə Reuetrs məlumat yayıb. "...

Bloqqer müalicəsinə pul yığmaq üçün uşağına narkotik verdi

Avstraliyada bir bloqqer ianə toplamaq və izləyici sayını artırmaq üçün bir yaşlı qızını zəhərlədiyinə görə mühakimə olunacaq. Sfera.az bildirir ki, körpə ağ...

Ona Trampın andiçmə mərasiminə qatılmağa qadağa qoyub: Səbəb nədir?

Braziliya məhkəməsi keçmiş prezidentə Trampın andiçmə mərasiminə qatılmağa qadağa qoyub: Səbəb nədir?   Braziliyanın Ali Məhkəməsi keçmiş prezident Jai...

Qəzzada atəşkəs sazişi imzalandı

HƏMAS hərəkatı ilə İsrail Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında saziş imzalayıb.   ...

FHN Sumqayıtdakı ağır qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat dax...