Dələduzluq yolu ilə polisin 5 min manatını mənimsəyən şəxsə HÖKM OXUNDU

Dələduzluq yolu ilə polisin 5 min manatını mənimsəyən şəxsə HÖKM OXUNDU

Suraxanı Rayon Məhkəməsində xidməti iş yerini dəyişəcəyi vədi ilə polis əməkdaşı Tahir Quliyevin 5 min manatını mənimsəyən 1985-ci il təvəllüdlü Anar Məmmədova (soyad şərtidir) hökm oxunub.

Sfera.az xəbər verir ki, Anar Məmmədov 2013-cü ildən polis sıralarında çalışsa da, bu ilin fevralında işdən uzaqlaşıb. Zərərçəkmiş Tahir Quliyev isə 2021-ci ildən etibarən DİN-nin Baş Mühafizə İdarəsinin Sabunçu rayon mühafizə idarəsinin polis nəfəri kimi fəaliyət göstərir.

 

Tanışlarından biri Anar adlı şəxsin xidməti iş yerini Suraxanı RPİ-dən PPXB-nə dəyişdirə biləcəyini deyib. Bunun üçün isə 6000 manat pul lazım olduğunu bildirib. Tahir razılaşıb və qardaşı Vasif vasitəsilə Anara 5000 manat göndərib, qalan 1000 manatı isə hissə-hissə ödəyəcəyini deyib.

 

Anar onu əmin edib ki, iş aprel ayının sonlarına qədər həll olacaq. Lakin Anar hər dəfə müxtəlif bəhanələrlər vaxtı uzadıb. Tahir aldadıldığını anladıqdan sonra polisə müraciət edib.

 

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Nəzrin


OXŞAR XƏBƏRLƏR

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar X...

Kontakt karate növləri üzrə yay seminarı təşkil olunub - FOTOLAR

Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş Kontakt karate növləri üzrə (Kyokuşinkay, Kosiki, Asihara)...

Rusiya ərazisində Azərbaycan əleyhinə təxribatların sistemli hal alması suallar yaradır -Ekspert

Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən son əməliyyatlar haqlı narazılıq və narahatlıq doğurur. Bir çox h...