Bakıda qətlə yetirilən 16 yaşlı cüdoçu - FOTO

Kriminal
11:09 / 27.11.2022
5485
Noyabrın 26-da Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib.
Sfera.az manset-ə istinadla xəbər verir ki, 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.
Tərəflərin mübahisəsinə isə Tural Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turala irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.
Xatırladaq ki, cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.