Baldızını və onun iki azyaşlı övladını öldürən Əhəd Əliyevin CİNAYƏT İŞİ

Baldızını və onun iki azyaşlı övladını öldürən Əhəd Əliyevin CİNAYƏT İŞİ

Bakının Nizami rayonunda ana və iki azyaşlı övladını qətlə yetirməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə polis əməkdaşı Ramin Hacıyev ifadə verib. O, hadisə yerinə qonşular tərəfindən çağırıldığını deyib:

 

“Qapını döydüm, polis olduğumu bildirdim. Uşaq cavab verdi ki, atam içkilidir, yatıb. Dedim çağır, 2-3 dəqiqə sonra gəlib, dedi ki, oyanmır. “Ananı çağır” deyəndə, qonşu kənardan müdaxilə etdi ki, anası hicablıdır, qapıya çıxmayacaq. Uşağa dedim, kənara çəkil, qapını qıracam. Dedi, xahiş edirəm siz gedin, ayılsa yenə döyəcək. Digər polis əməkdaşlarına zəng elədim. Dedim, FHN-ə zəng edin. Onlar dedilər ki, evdə valideyn varsa, müdaxilə edə bilmərik. Dəmir qapı olduğu üçün qıra bilmirdim. Əgər qonşulardan kimsə içəridəki adamın uşaqların atası olmadığını desəydi, orada real təhlükə görər, qətlin qarşısını alardım. Heç bir səs-küy yox idi. Saat axşam 7-8 radələri idi. Qonşulardan biri kiminsə girdiyini gördüklərini demişdi. Həmin qonşu yanımda idi”.

 

Təqsirləndirilən şəxs isə cinayəti törətmədiyini deyib. O bildirib ki, istintaq zamanı döyüldüyünə görə cinayəti üzərinə götürüb:

 

“Həmin evdə 7-8 dəqiqə olmuşam. Gülnarədən bank kartının onda olub-olmadığını soruşmaq üçün getmişdim. Dedi məndə deyil, çıxdım getdim. Dənə ilə “Sobraine” siqareti almışdım. Çəkdim, kötüyünü külqabına atması üçün uşağa verdim”.

 

Hakim bildirib ki, Əhəd siqaretin kötüyünü uşağa verdiyini desə də, ekspert rəyində külqabının yanında siqaretin kötüklərinin olduğu qeyd edilib. Bundan əlavə Ə. Əliyev ifadəsində Gülnarəedən 7 manat pul aldığını  deyib. Dövlət ittihamçısı isə növbəti gün Əhədin özünə yeni telefon aldığını və evinin kirayə pulunu ödədiyini xatırladıb.

 

Məhkəmənin növbəti iclası dekabrın 8-nə təyin edilib.

 

Xatırladaq ki, hadisə bu ilin fevralın 20-də Nizami rayonu ərazisində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladı kirayədə yaşadıqları evdə öldürülüb. Aparılan istintaqla zərərçəkmişlərin qohumu, 1981-ci il il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla Gülnar Qaraxanova və iki azyaşlı övladına xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Əhəd Əliyev qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olub.

 

Qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat isə aşkar edilərək dəlil kimi götürülüb.

 

Əhəd Əliyev 2007-2014-cü illərdə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.

 

Nəzrin Cavadzadə


OXŞAR XƏBƏRLƏR

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar X...

Kontakt karate növləri üzrə yay seminarı təşkil olunub - FOTOLAR

Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş Kontakt karate növləri üzrə (Kyokuşinkay, Kosiki, Asihara)...

Rusiya ərazisində Azərbaycan əleyhinə təxribatların sistemli hal alması suallar yaradır -Ekspert

Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən son əməliyyatlar haqlı narazılıq və narahatlıq doğurur. Bir çox h...