YAŞLILIĞA QARŞI MÜDAFİƏ

YAŞLILIĞA QARŞI MÜDAFİƏ

 

Sağlam yaşlı olmağın sehrli nöqtəsinin düzgün qidalarla xeyirli bir qidalanma planın yaradıb tətbiq etmək olduğu bildirilib.

 

Sfera.az xəbər verir ki, ekspert diyetisyen Aslıxan Kiçik xeyirli bir bəslənmə planı etmək üçün istehlak edilən qidaların daşıdıqları vitamin və mineralların qocalıq prosesindəki təsirlərini bilmək lazım olduğunu ifadə edərək, "B12" istehlakına diqqət çəkib.

 

Aslıxan Kiçik, yorğunluq, depressiya, unutqanlıq kimi problemlərin ən böyük səbəblərindən birinin "B12" çatışmazlığı olduğunu bildirərək, "Yaşlıların bir çoxunda mədə maddəsində azalma və mədənin daxili səthini təşkil edən toxumalarda təxribat müşahidə olunur, bu səbəbdən yaş irəlilədikcə "B12" çatışmazlığı daha çox gözə çarpar. "B12"-nin sinir sistemi üzərindəki təsirlərini də düşünərək mütəmadi olaraq "B12" vitamini ilə zəngin qidalar olan qırmızı ət və məhsulları, balıq, yumurta sarısı, pendir və süd istehlak etməyə diqqət yetirin" deyə danışıb.

 

 

YAŞLILIĞA QARŞI MÜDAFİƏ ÜÇÜN…

 

Yaşla birlikdə C vitamini səviyyəsində azalma müşahidə olunduğunu ifadə edən Mütəxəssis Diyetisyen Aslıxan Kiçik belə danışıb:

 

"C” vitamini yaşa bağlı katarakt, ürək-damar xəstəlikləri, infeksiyalar və xərçəngə qarşı qoruyucu təsir göstərir. Ancaq qidaları hazırlama, bişirmə və saxlama şəraitinə diqqət etmədiyiniz təqdirdə əhəmiyyətli miqdarda "C” vitamini itkisi yarana bilər. Ən yaxşı "C” vitamini qaynaqları tərəvəz və meyvələrdir; Xüsusilə, yaşıl bibər, cəfəri və pomidor. Qocalığa qarşı müdafiə üçün mütləq hər dəfə "C” vitamini istehlak etməyi unutmayın. Əzələ və əsəblərdə xəbərdarlıq çatdırılması mühüm müəyyənedici olan maqnezium, kalsium və kalium tarazlığının qorunmasında da fəaldır.

 

Qandakı maqnezium səviyyəsi sinir və əzələ hüceyrələri arasında siqnalların keçidi üçün də lazımdır. Həzm sistemindəki yaşa bağlı dəyişikliklər, həddindən artıq su və elektrolit itkisi, pis qidalanma, xüsusilə işlənmiş qidaların daha çox istehlakı və alkoqolizm maqnezium itkini artırır. Maqnezium çatışmazlığının başlıca əlamətləri; Baş hərlənməsi, əzələ yorğunluğu, narahatlıq və beyin funksiyalarının pozulması. Ən yaxşı mənbələri; Tam buğda unu ilə hazırlanan çörək, qurupaxlakimilər, süd və süd məhsulları və ispanaq kimi tünd yaşıl yarpaqlı tərəvəzlərdir".

 

 

 

Aytac 

 

 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.





OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...