Gədəbəydəki qətlin TƏFƏRRÜATI: Həyat yoldaşına bıçaqla xəsarət yetirdi, oğlu... -

Gədəbəydəki qətlin TƏFƏRRÜATI: Həyat yoldaşına bıçaqla xəsarət yetirdi, oğlu... -

Prokurorluq Gədəbəydə atasını döyərək öldürən şəxslə bağlı məlumat yayıb.

 

Gədəbəy Rayon Prokurorluğundan Sfera.az-a verilən xəbərə görə, noyabrın 23-ü saat 01 radələrində Gədəbəy rayonu Düzyurd kənd sakini 1959-cu il təvəllüdlü Vaqif Cəfərovun xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla Vaqif Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı arvadı Mehri Cəfərovaya bıçaqla daxilə nüfuz etməyən xəsarətlər yetirməsinə, həmin vaxt hadisə yerinə gəlmiş oğlu Asəf Cəfərovun onu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Asəf Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar X...