Evdən qaçan 14 yaşlı qızla cinsi əlaqədə olan şəxsə HÖKM OXUNDU

Evdən qaçan 14 yaşlı qızla cinsi əlaqədə olan şəxsə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində 14 yaşlı qızla cinsi əlaqədə olan 2003-cü il təvəllüdlü Mehman Ağalarova (ad və soyadlar şərtidir) hökm oxunub.

 

Sfera.az xəbər verir ki, hadisə ötən il iyunun 7-də Bakıda baş verib.

 

2007-ci il təvəllüdlü Aynurə Zeynalova anası Türkiyəyə getdiyindən yaxınları olan Gülnaz adlı qadının evində qalmalı olub. Lakin hadisə baş verən gecə aralarında yaranan mübahisə səbəbindən 14 yaşlı qız evdən qaçıb və taksi ilə Əhmədli qəsəbəsi ərazisinə gəlib. Orada Aynurə tanımadığı şəxslərə bir gecəlik ev kirayələmək istədiyini deyib. Mehman adlı şəxs ona yaxınlaşaraq parkda gəzməyi təklif edib. Daha sonra Aynurəni ağacların sıx olduğu əraziyə apararaq orada ona qarşı seksual xarakterli hərəkətlər edib. Ardınca isə taksi ilə Xırdalan ərazisində yerləşən bir evə gələrək orada onunla cinsi əlaqədə olub. Onlar gecəni həmin evdə keçiriblər. Həmin günün səhəri saat 7 radələrində Mehman qızı oyadaraq Bakı bülvarına aparıb və ona “nə sən məni tanıyırsan, nə də mən səni” deyərək ayrılıb.

 

Məhkəmənin hökmü ilə Mehman Ağalarov barəsində 1il müdddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Nəzrin


OXŞAR XƏBƏRLƏR

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar X...

Kontakt karate növləri üzrə yay seminarı təşkil olunub - FOTOLAR

Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş Kontakt karate növləri üzrə (Kyokuşinkay, Kosiki, Asihara)...

Rusiya ərazisində Azərbaycan əleyhinə təxribatların sistemli hal alması suallar yaradır -Ekspert

Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən son əməliyyatlar haqlı narazılıq və narahatlıq doğurur. Bir çox h...