Tarixin ən qəribə ölümləri - FOTOLAR 

Tarixin ən qəribə ölümləri - FOTOLAR 

Ölüm hadisələri ilə tarixə düşən insanların olduğunu bilirdinizmi?

 

Sfera.az bu yazıda sizə tarixin ən qəribə, bir az da gülməli ölüm hadisələri haqqında məlumat verir.

 

1. Esxil yunan dramaturqu olub və yunan faciələrinin atası kimi məşhurdur.

B.e.ə 500-cü illərdə yaşayıb. Bir qartal tısbağanı tutaraq qabığını qırıb içini yemək üçün hündürlükdən yerə atıb. Deyilənə görə, qartal Esxilin başını qaya daşı ilə səhv salıb və tısbağanı onun başında qoyub. Bu şəkildə vurulan filosof e.ə. 456-cı ildə yerindəcə ölüb.

 

 

2. Xrizip öz dövründə çox mühüm filosof idi.

O, son dərəcə hörmətli insan olub. Öz qulluqçusu ilə oturanda bir eşşəyin əncir yediyini görür. Qulluqçusuna “eşşəyə susuz şərab ver ki, üstündən içsin” zarafatı edir. Onun qulluqçusu gülməsə də, bunu olduqca gülməli hesab edib və sözün əsl mənasında çatlayana qədər gülməkdən ölüb.

 

3. Avstriyalı Hans Steininger həyatı boyu inanılmaz dərəcədə uzun saqqalları ilə diqqət çəkib.

O, məlum olan ən uzun saqqallı adam kimi böyük reputasiyaya malik idi. Saqqalı 1,4 metr olan bu adam 1567-ci ildə yaşadığı qəsəbədə böyük yanğında saqqalı alovlananda ölümü qucaqlayıb. Alovlanan saqqalından çox vahimələnən Hans yıxılıb, burnunu sındırıb və yanaraq ölüb.

 

 

4. Tycho Brahe elm aləmində, xüsusən də astronomiya sahəsində böyük kəşflər edən alim idi.

16-cı əsrdə hamı eyni yerdə olarkən, hətta tualetə getmək üçün qonaq otağından çıxmaq ayıb hesab olunurdu. Brahenin qatıldığı bir məclisdə söhbət söhbəti gətirmiş və təbii ki, içkilərdən biri gəlib, biri getmişdi. Tualetə getmək üçün icazə ala bilməyəndə 11 saatdan sonra sidik kisəsi partlamışdı. Nəticədə o, qana qarışan sidiklə zəhərlənərək vəfat edib.

 

 

5. Frensis Bekon 16-cı əsrin ən çox adı çəkilən dövlət xadimlərindən biri idi.

O, həm də filosof, yazıçı və alim idi. Şekspirin bəzi pyeslərinin hətta Bekona aid olduğu düşünülürdü. 1625-ci ildə bir gün o, pəncərəsindən çovğuna baxırdı. Birdən onun ağlına gəlir ki, toyuqların içini qarla dolduraraq uzun müddət saxlaya bilər. Ertəsi gün cəhd etmək üçün bir toyuq alıb öldürür. Sonra içini qarla doldurmağa başlayır. Gördüyü işə o qədər diqqətini cəmləyir ki, donduğunun fərqinə varmır. Hipotermiya və huşunu itirdikdən sonra donaraq ölür.

 

 

6. Adolf Frederik

İsveç kralı olanda ən böyük zövqü ziyafətlərdə qarnını doyurmaq olub. Sarayda tək yeməyə gedərkən belə ziyafət süfrəsi açan kral 1771-ci ildə bir gün şampan ilə xərçəng, kürü, duzlu kələm və bütöv hisə verilmiş siyənək balığını astronomik miqdarda yeyir. Bu vaxta qədər hər şey yaxşı olsa da, ən çox sevdiyi desertdən də gələrkən ondan 14 ədəd yeyib və keçirdiyi mədə sancısından ölüb.

 

 

7. Horace Wells anesteziyanın atası” olaraq tarixə düşüb.

Diş həkimi Wells keyidici dərmanlar üzərində bəzi araşdırmalar apararkən müxtəlif qazların təsiri altında qalaraq “xloroform”a aludə olub. 1848-ci ildə o, 2 qadına sulfat turşusu ilə hücum etdiyi üçün həbs olunub. Həbsxanada olarkən yazdığı məktubda hücum zamanı əhval-ruhiyyəsinin şəxsiyyətinə uyğun gəlmədiyini qeyd edərək, xloroforma görə özünü itirdiyini bildirib. Onun dörd gün ərzində həyata keçirəcəyi intihar planı var idi. Özünü xloroformla uyuşdurduqdan sonra ülgüclə qasıq nahiyəsini kəsib və səhəri gün öz kamerasında ölü tapılıb.

 

 

8. Sunandha Kumariratana Taylandın kraliçası idi.

O zamanlar kral ailəsinin hər hansı birinə toxunmaq qəti qadağan idi. Bir gün çay yatağı ilə yay evinə getmək üçün yola çıxanda kraliçanın gəmisi batır. Ancaq kraliçaya toxunmağın qadağan olması və bunun cəzasının ölüm olması camaatdan heç kimin kömək etməməsinə səbəb olub. Nəticədə kraliça 1880-ci ildə bətnində olan körpəsi ilə birlikdə boğularaq ölür.

 

 

9. Jack Daniel dövrünün məşhur viski dequstatorlarından biri idi.

Bir gün işə gəlib şəxsi əşyalarını və pulunu saxladığı seyfi açmaq istəyir. Polad seyfin parolunu unutduğu üçün onu aça bilməyəndə dəli olub. Hirslə seyfi möhkəm və çoxlu təpikləyib, ayağının baş barmağını sındırır. Açıq yarası olan barmağına infeksiya yoluxub. O, 1911-ci ildə infeksiyanın ağırlaşması nəticəsində vəfat edib.

 

 

10. Rus mistik Qriqori Rasputin 1869-cu ildə Rusiyada anadan olub.

İnsan beyninin dərk edə bilmədiyi şeyləri etdiyinə görə iblis varlıq olduğu düşünülürdü. Buna görə həyatı boyu saysız-hesabsız öldürülmələrə məruz qalıb. Əvvəlcə yüksək dozada zəhərə məruz qalıb, lakin ölməyib. Daha sonra dəfələrlə vurulub ölməyib, bir dəfə də güllələnib yenə ölməyib. Niyə ölmədiyini anlaya bilməyən insanlar tərəfindən döyülərək öldürülməyə cəhd edilir; boğulur, amma yenə də ölmür. Təqaüdə çıxıdıqda öz daxmasına çəkilir və 1916-cı ildə təbii səbəblərdən dünyasını dəyişir. Ölümündən sonra da insanlar onun öldüyünü qəbul etməkdə çətinlik çəkib və ya heç qəbul edə bilməyib.

 

 

11. Vladimir Lenin Sovet İttifaqı Hökumətinin Başçısı kimi bir neçə sui-qəsd cəhdindən sağ çıxmışdı.

Ancaq cinsi yolla ötürülən "sifilis" xəstəliyi onu bir göz qırpımında yaxalayıb. Sui-qəsd zamanı götürdüyü güllələrin bir qismi riskli yerlərə dəydiyi üçün içəridə qalıb. Bu güllələrin bədənində yaratdığı problemlərə, 1918-1923-cü illərdə keçirdiyi iflicə görə işindən qovulub, yatmağa məhkum edilib. 1924-cü ildə birdən çox xəstəliyə tab gətirə bilməyən bədəni bütün funksiyalarını itirərək onu öldürür.

 

 

12. Amerikalı İsadora Duncan müasir rəqsin yaradıcısı olmuş qadındır.

Amma onun necə öldüyü, nə etdiyindən daha çox tarixə düşüb. İsadoranın həmişə vazkeçilməz aksesuarlarından biri şərflər olub. 1927-ci ildə üstü açıq avtomobili yüksək sürətlə sürərkən ipək yaylığı sükana dolaşıb. Sükana Dolaşan yaylıq boğazını sıxmağa başlayıb və o, boğularaq ölüb. Yanındakı dostları maşını saxladıqda artıq hər şey üçün gec olub.

 

 

13. Bobby Leach macəraçı və adrenalin həvəskarı idi.

O, ölümü ələ salan ifaları ilə məşhur idi. O, 1911-ci ildə Niaqaradan çəlləklə tullanaraq sağ qalan ikinci insan olub. Ölümdən heç bir şəkildə qorxmayan bu adamın ölümü tragikomik olub; portağal qabığına görə. Ayağı P portağal qabığına ilişərək yıxılan Liçin ayağı sınıb. Bu sınıq zamanla daha da pisləşərək qanqrenaya çevrilib. Həkimlər onun ayağını kəsərək həyatda saxlamağa çalışsalar da, bu nəticə verməyib və 1926-cı ildə bu şəkildə dünyasını dəyişib.

 

 

14. J. İ. Rodale üzvi qida hərəkatının banisi idi.

1971-ci ildə üzvi qidanın faydaları haqqında danışmaq üçün iştirak etdiyi bir televiziya şousunda, o, üzvi yeməkdən 1971-ci ildə o, iştirak etdiyi bir televiziya şousunda üzvi qidalanma və onun həyati əhəmiyyətindən danışırdı. “Şirniyyat yeyərək dəli olan taksi sürücüsü məni vurmasa, 100 yaşına qədər yaşayacağam”-deyərkən qəfil infarkt keçirib və efirdə olarkən ölüb. Xoşbəxtlikdən veriliş canlı efirə verilmir və heç vaxt televiziya ilə yayımlanmır.

 

 

15. Amerikalı Tennessi Uilyams çox uğurlu pyeslər yazan dramaturq idi.

1983-cü ildə o, tək girdiyi və tək olduğu otel otağında ölü tapılıb. Ölüm səbəbini müəyyən etmək üçün aparılan yarılma nəticəsində onun nəfəs borusuna ilişmiş şüşə qapağından ölməsi məlum olub. Ancaq bunun necə və hansı şəkildə meydana gəldiyi heç vaxt öyrənilməyib. Qanında yüksək faizlə “promil” aşkar edildiyi və bunun sərxoş halda buraxılmış səhv olduğu düşünülərək, iş bağlanıb.

 

 

16. Malkom Kirk güləş rinqlərinin “Kinq Konq”u kimi tanınan ingilis güləşçisi idi.

1987-ci ildə final görüşü üçün rinqdə rəqibinin üzərinə tullanaraq yıxılaraq finiş “çarpaz bədən”hərəkətini yerinə yetirərkən infarkt keçirərək rəqibinin üzərinə yıxılıb. Məhz bu zaman idmançının ürəyi dayanıb, artıq çəki və səhhətində yaranan problemlər onu həyata qaytarmağa imkan verməyib.

 

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...