“Təkcə hava zərbələri ilə kifayətlənməyəcəyik” - Ərdoğan XƏBƏRDARLIQ ETDİ

“Təkcə hava zərbələri ilə kifayətlənməyəcəyik” - Ərdoğan XƏBƏRDARLIQ ETDİ

Xəbər verdiyimiz kimi, Ankara PKK-ya qarşı “Pəncə-qılınc” hərbi əməliyyatına başlayıb. Rəcəb Tayyib Ərdoğan kürd bazalarından Türkiyədə terror aktları hazırlamaq üçün istifadə olunduğuna əmin olduğunu bildirib.

 

Sfera.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın kürd mövqelərinə aviazərbələr endirməsindən və Türkiyəyə cavab raket hücumundan sonra Suriyada quru əməliyyatına başlayacağı barədə xəbərdarlıq edib.

 

Dünya Çempionatının açılış mərasimində iştirak etdikdən sonra Qətərdən Türkiyəyə qayıdarkən jurnalistlərə açıqlama verən Ərdoğan: “Türkiyə Müdafiə Nazirliyi və Baş Qərargah rəisi hansı səviyyədə güc tətbiq edilməsinə birlikdə qərar verəcəklər" - deyə bildirib.

 

Ankara kürd bazalarının Türkiyədə terror aktları üçün istifadə edildiyini bildirib. Türkiyə prezidentinin sözlərinə görə, həftəsonu 70 təyyarə və pilotsuz təyyarə İraqın şimalına 140 kilometr, Suriyanın şimalına isə 20 kilometr uçaraq hava zərbələri endirib. Rəcəb Tayyib Ərdoğan nə ABŞ prezidenti Co Bayden, nə də Rusiya prezidenti Vladimir Putinlə quru əməliyyatı ilə bağlı əvvəlcədən heç bir müzakirə aparmadığını bildirib.

 

"Bu terror təşkilatlarının zərərsizləşdirilməsi, məhv edilməsi təhlükəsizlik qüvvələrimizin vazkeçilməz vəzifəsidir. Bu, təkcə hava əməliyyatı ilə məhdudlaşmayacaq"- deyə Ərdoğan bildirib.

 

Rəcəb Tayyib Ərdoğan İndoneziyada keçirilən G20 sammitindən sonra terror təşkilatı Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı Suriya və İraqın şimalında “Pəncə-Qılınc” hərbi əməliyyatlara başlamağı göstəriş verib. Terror təhlükəsinin aradan qaldırılması məqsədi daşıyan bu hava qüvvələrinin əməliyyatına Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar rəhbərlik edir. Türkiyə, ölkə ərazisində terror hücumlarının qarşısını almağa və sərhədlərin təhlükəsizliyini təmin etməyə çalışır.

 

Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında hərbi əməliyyata başlamasını Rusiyanın 2019-cu ildə Soçidə terrorçuların məhv edilməsi ilə bağlı bir sıra öhdəliklərini yerinə yetirməməsi ilə əlaqələndirib. Razılaşma Rusiya hərbi polisi və Suriya sərhəd xidmətinin kürd özünümüdafiə bölmələrinin bölmələrinin Türkiyə ilə sərhəddən çıxarılmasında yardımını nəzərdə tuturdu.

 

"Onlar ərazini terrorçulardan təmizləməyə borclu idilər. Bu barədə onlara dəfələrlə xatırlatmağımıza baxmayaraq, bunu etmədilər. Biz susmayacağımızı və terrorçulara qarşı tədbir görəcəyimizi bildirdik", - deyə Ərdoğan bildirib.

 

Qeyd edək ki, Ankara əməliyyatının başlamasından əvvəl İstanbulun mərkəzində terror aktı baş vermişdi. Partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb. Bundan sonra Türkiyənin Karkamış şəhəri Suriyadan raketlərlə atəşə tutulub.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...