Ukraynalı qaçqınları təhqir edən rus Almaniyadan deportasiya edilib - VİDEO

Ukraynalı qaçqınları təhqir edən rus Almaniyadan deportasiya edilib - VİDEO

Ukraynalı qaçqınları təhqir edən rus qadın Yuliya Proxorova Almaniyadan deportasiya edilib.

 

Sfera.az xəbər verir ki, alman jurnalistlər Yuliyanın ölkədə qeyri-qanuni olduğunu bildirib. Rusiyalı qızın deport edilməsini yerli “The Insider” media orqanı Berlin hava limanından çəkilmiş videonu paylaşaraq məlumat yayıb.

 

Yuliya Proxorova mayın 9-da Münhendə “Kalinka” rəqsi oynaması və Almaniyada ukraynalılara qarşı təxribat ilə gündəmə gəlmişdi. Almaniya mətbuatının yaydığı kadrlarda Proxorovaya oxşayan qadın görünür. Rəsmi mənbələr isə videodakı qızın Yuliya olduğunu hələlik təsdiqləməyib. Jurnalistlərin sözlərinə görə, Proxorova polisin müşayiəti ilə Berlin-İstanbul reysinə mindirilib.

 

Qeyd edək ki, Ukrayna deputatı Qalina Yançenko da sosial şəbəkələr vasitəsilə Proxorovanın Almaniyadan deportasiya edilməsini bildirib. "Ukraynalı qaçqınları təhqir edən Yuliya Proxorova Almaniyadan deportasiya edilib. İndi Yuliya ruslara "Xerson kimindir" sualını ünvanlaya biləcək. Əminəm ki, bu cavab onu deportasiyadan çox narahat edə bilər"-deyə Qalina Yançenko hadisəyə münasibət bildirib.

 

Rusiyalı qadının Almaniyada etibarlı yaşayış icazəsi olmadan qaldığı bildirilib. Polis Proxorovanın Aşağı Bavariya Landşut şəhərində kirayə götürdüyü mənzildə axtarış aparıb. Axtarış zamanı polis üç smartfon və bir noutbuk götürüb. Oktyabrın 14-də evində aparılan axtarışlardan sonra isə qadınla əlaqə kəsilib. Jurnalistlər onun həbsdə olduğu barədə yazıb.

 

Xatırladaq ki, Yuliya Proxorova Almaniyada Ukrayna vətəndaşlarını provakasiya edən videoları ilə məşhurlaşıb. Onlardan birində o, küçədə iki ukraynalı qadını təqib edərək onları ələ salıb. Bundan başqa, Proxorova mayın 9-da Münhendə Ukraynadan olan qaçqınların təşkil etdiyi dəstək aksiyasına gələrək “Kalinka” rəqsi edib.

 

Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...