Əl-Qaidədən Dünya Kuboku xəbərdarlığı - Daşqalaq edin

Əl-Qaidədən Dünya Kuboku xəbərdarlığı - Daşqalaq edin

Əl-Qaidə terror təşkilatı Qətərdə keçirilən dünya çempionatını müsəlmanların dəyərlərini məhv etməyə yönəlmiş işğal adlandırıb.

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, Əl-Qaidə Dünya Çempionatı üçün Qətərə gedənləri daşqalaq etməyə çağırıb.

 

Terror təşkilatı dünya çempionatının müsəlmanların dəyərlərini məhv etmək olduğunu iddia edərək, tərəfdarlarını dünya çempionatına qarşı cihada çağırıb.

 

Qətərdə keçirilən Dünya Kubokunu işğal kimi qələmə verən Əl-Qaidə açıqlamasında: “Ərəbistan yarımadası homoseksuallar, ateistlər və əxlaqsız insanlarla doludur. Kubok üçün gələnlərin davranışı bizim cəmiyyətlərə, müsəlmanlara yaddır. Müsəlmanlar daşqalaq etməklə öz vəzifələrini yerinə yetirə bilərlər” - deyə bildirib.

 

Qərbin Dünya Kuboku ilə müsəlman dünyasındakı mədəni işğalını davam etdirdiyini iddia edən Əl-Qaidə “Pornoqrafiyanı canlandırmaq və homoseksuallığı adiləşdirmək onların ən böyük hədəfidir" - deyib.

 

Bundan əlavə, Əl-Qaidə terror təşkilatı buna icazə verən Yaxın Şərq ölkələrinin də məsuliyyət daşıdığını bəyan edib.

 

Xatırladaq ki, Əl-Qaidə bundan əvvəl də müsəlmanları dünya çempionatını boykot etməyə çağırmışdı. Milyonlarla insanın maraqlandığı, Qətərin ev sahibliyi etdiyi Dünya Kubokunda spirtli içkilərin qadağan edilməsi və LGBT hərəkatına dəstək müzakirələri hələ də davam edir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...