Tarixin ən qəribə fəlakəti - Bəkməz daşqını + FOTOLAR 

Tarixin ən qəribə fəlakəti - Bəkməz daşqını + FOTOLAR 

1919-cu il yanvarın 15-də günorta saatlarında Boston polisinə zəng gəlib: “Bütün xilasetmə maşınlarını və şəxsi heyəti dərhal bura göndərin! Ticarət küçəsindən aşağı bəhməz dalğası gəlir”.

 

Bəkməz fabrikində səhv istehsal nəticəsində yaranan nasazlıq səbəbindən fəlakət baş verib. Hündürlüyü 15 metr, diametri 27 metr olan bəhməzlə dolu tanker çöküb. 8.700.000 litr bəkməz küçələrdə hərəkət edərək 56 km/saat sürətlə selə çevrilib. Metrlərlə hündürlüyü olan bəkməz şəhərin küçələri ilə hərəkət etdiyindən bu fəlakətdən nə xilas olmaq, nə də ona müqavimət göstərmək mümkün idi.

 

 

Bu faciə nəticəsində 21 nəfər həyatını itirib, 150 nəfər yaralanıb. Həyatını itirənlərin yarısı ilk gün, digər yarısı isə müxtəlif xəstəliklərə və infeksiyalara tab gətirmədikləri üçün ertəsi gün dünyasını dəyişib. Sel o qədər güclü olub ki, qatarı relsdən çıxarıb. Hətta qatarı relsdən çıxara bilən bəkməz sel adi yağış selindən qat-qat təhlükəli olub. Bu səbəbdən çoxlu insan tələfatı baş verib.

 

 

Mütəxəssislərin fikrincə, bəkməz selinə məruz qalan insanların sağ qalmaq şansı yox idi. Çünki bəkməz su molekullarından min dəfələrlə daha yapışqandır. Hətta üzməyi bacaran insanlar da bu səbəbdən bəkməz selindən sağ çıxa bilməzdi. Faciə zamanı kanalizasiya sistemi çöküb, küçələr 8 milyon litr bəkməzin ağırlığına tab gətirə bilməyib və 1 metrə yaxın qat çöküb. Bostonun tamamilə təmizlənərək fəlakətin izlərindən xilas olması üçün 6 ay vaxt lazım olub. Bu dövrün şahidləri şəhər küçələrinin bir müddət qəhvəyi rəngdə qaldığını bildirib. Fəlakətin ölçüləri o qədər ciddi olub ki; at arabaları ilişdiyi yerdən çıxa bilməyəndə atlar güllələnib, yanğın hidrantlarından gələn təzyiqli su bəkməzləri təmizləyə bilməyəndə dənizdən su səpilib.

 

 

Şəhər aylar sonra təmizlənsə də, bostonlular səkilərdən bəkməz qoxusu gəldiyini, isti yay günlərində şəhərin bəkməz iyi verdiyini deyirdilər. Kanalizasiya sistemini sıradan çıxaran, yolların dağılmasına səbəb olan, aylarla təmizlənə bilməyən bəkməzin təsiri uzun müddət şəhəri tərk etməyib. Ölümcül bəkməz dalğasının hündürlüyü düz 5 metr idi... Fəlakətdə həyatını itirənlərin bəziləri bəkməzdə boğularaq, bəziləri isə sürüklənərkən həyatını itirib.

 

Bostonda bu hadisədən sonra mətbuatda “Bu hadisə niyə baş verdi?” sualları verilməyə başlayıb.

 

Əsasən, iki variant irəli sürülüb. Birincisi : çox güman ki, o dövrdə rom istehsalında istifadə edilən bəkməz ABŞ-da bir qadağa və ya məhdudiyyətə qarşı ehtiyat üçün çox saxlanılırdı və anbar onun ağırlığına tab gətirə bilməyib. İkincisi: həmin gün 40 dərəcəyə yaxın olan temperaturun əvvəlki günlərlə müqayisədə çox yüksək olması və buna görə də genişlənmə çənin partlamasına səbəb olub. Şirkət isə heç vaxt məsuliyyəti öz üzərinə götürməyib, bunun təxribat olduğunu bildirib.

 

Yüzlərlə iddiaya baxmayaraq, məhkəmə nəhayət şirkəti 1 milyon dollar təzminat ödəməyə məhkum edə bilib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...