Qeyri-adi oğurluqla məşğul olan ailə 

Qeyri-adi oğurluqla məşğul olan ailə 

Qvatemalada qeyri-adi cinayətkarlar ifşa edilib.

 

Sfera.az bildirir ki, amerikalı cütlüyün evindən çoxlu qiymətli arxeoloji qazıntı nümunələri tapılıb. Bu şəxslər tarixi abidələrin qaçaqmalçılığında ittiham olunurlar. Onların evdə təxminən 1222 əşya olduğu güman edilir. Çox güman ki, bu nümunələr İspanlardan əvvəlki dövrlərə aiddir.

 

Axtarış zamanı müxtəlif saxsı qablar və daş üzərində oyma məmulatlar aşkar edilib. Mədəni İrs üzrə Xüsusi Prokurorluq İdarəsi arxeoloji nümunələr üzərində təhlil apararkən onların yəşim və bazaltdan hazırlandığını bildirib.

 

Şübhəlilərdən Jollak və həyat yoldaşı Giorgio Salvador Rossili Antiqua şəhərində yaşayır. Bu şəhər Qvatemala yaxınlığında yerləşir. Jollak hava limanında həbs olunduqdan sonra zaminə buraxılıb. Avtomobildə aparılan axtarış zamanı baqajda 166 Maya dövrünə aid arxeoloji nümunələr aşkar edilib. Cütlük əcnəbi olduqları üçün heç nə bilmədiklərini iddia edib. Onlar arxeolji nümunələrin ucuz reproduksiyalar olduğunu bildiriblər.

 

Qeyd edək ki, Rossili “Qvatemala ənənəvi rəqslərinin maskaları” mövzusunda ikicildlik əsərin müəllifidir. Bundan əlavə, bir neçə il əvvəl o, ABŞ-da İspanlardan əvvəlki dövr əsərlərindən ibarət sərgiyə rəhbərlik edib. Qvatemala Mədəniyyət Nazirliyi aşkar edilmiş 166 əsərdən 90%-inin orijinal olduğunu bildirib. Arxeoloji qalıq qaçaqmalçılığına görə cütlüyü 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.

 

Məhkəmə cütlüyü zaminə buraxıb. Onlar ölkəni tərk edə bilməzlər. Jollakın vəkili Xuan Karlos Velaskes isə jurnalistlərlə açıqlama verməkdən imtina edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...