Diş fırçasını islatmayın!

Diş fırçasını islatmayın!
 
Ağız və diş sağlamlığımızı necə qorumalıyıq?

Sfera.az xəbər verir ki, ilk olaraq ağız və diş sağlamlığının qorunması üçün altı ayda bir dəfə həkim müayinəsindən keçilməlidir.

Sularda yetərli ftor olması, müntəzəm olaraq dişlərin fırçalanması, diş ipindən istifadə edilməsi, həddindən artıq şirin və şəkərli yeməklərdən uzaq olmaq diş çürüməsinin qarşısını alır.

Diş əti xəstəliklərinin qarşısının alınmasında da diş təmizləmə və nizamlı diş həkimi müayinəsindən keçmək əhəmiyyətlidir.

İfrat dərəcdə turşulu və şəkərli yeməklər mikroorqanizmlərin təsirini artırır. Dişlər sərt cisimlərlə qarışdırılmamalı, fındıq, qoz və qabıqlı yeməklər dişlərlə sındırılmamalıdır. Bunlar diş minasının çatlamasına və bakteriyaların təsirinin artmasına səbəb olur. 

Diş Həkimi A. Doğan Bircan, dişimizi necə yumaq lazım olduğu haqqında bunları söylədi:

"Diş məcunu xaricində bazarda diş pastaları da mövcuddur. Bunların abraziv materialları çox böyük olduğu üçün gündəlik istifadə üçün uyğun deyil. Ayda bir iki dəfə istifadə edilə bilər. Bunun yanında karbonat da cəmiyyət arasında seçim edilən bir məhsuldur. Karbonatda da abraziv materiallar böyükdür və diş minasını çatlatma riski var. Bu səbəblə gündəlik istifadədə qətiyyən tövsiyyə edilmir. Diş fırçası isladılmamalı. Mərci böyüklüyündə məcun sıxılmalı.
 
Fırçanı diş ətindən dişə doğru dairəvi hərəkət etdirərək dişlərin ön üzündən fırçalamq lazımdır.
 
Ön dişlərdən arxa dişlərə doğru bütün dişlərin fırçalanmasına diqqət edin. Eyni şəkildə, dişlərin arxa üzlərini də fırçalamalısınız. Ön dişlərin arxa üzləri fırça dikinə tutularaq təmizlənməlidir. Son mərhələ olaraq da dişlərin çiynəyici üzləri də irəli və geri hərəkətlərlə təmizlənməlidir. Həmçinin diş fırçanızı düzgün seçməlisiniz.

 
Aytac
 
 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.









OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...