Britaniya kral ailəsinin daha bir qaranlıq səhifəsi - Şahzadə Con + FOTOLAR

Britaniya kral ailəsinin daha bir qaranlıq səhifəsi - Şahzadə Con + FOTOLAR

Britaniya tarixinin qaranlıq səhifələri haqqında zaman-zaman yazılar paylaşılır. Ötən günlərdə Kral Çarlz hətta kral ailəsinin ən qaranlıq keçmişi olan - öldürüldükləri və ya çardaqda məhkumluq yaşadıqları məlum olmayan əkiz şahzadələr haqqında sənədlərin açılmasına rəsmi icazə verib.

 

Sfera.az bu dəfə xəstəliyi səbəbindən ictimaiyyətdən və mediadan daim gizlədilən Balaca Şahzadə Con haqqında yazı təqdim edir.

 

1905-ci ildə Kral V Corc və Kraliça Məryəmin beşinci övladı olaraq dünyaya gələn Şahzadə Conun uşaqlığı çox qaranlıq və ürəkağrıdıcı keçib. 4 yaşından epilepsiya tutulmaları başlayan Şahzadə Con, kral ailəsi tərəfindən fərqli bir şəkildə böyüdülməyə başlanıb. Bəzi tarixçilər tərəfindən autizmli olduğu düşünülən Şahzadə Con kral ailəsindən çıxarılır. Çünki insanlarda əsilzadə kral qanının xəstə və qeyri-kamil olduğu düşüncəsi yarana bilərdi. Qardaşlarının və digər ailə üzvlərinin sağlamlığına təsir göstərməməsi üçün saraydan uzaqlaşdırılan Şahzadə Con, Sandringham kral evinin ərazisində yerləşən Wood fermasında 11 yaşından etibarən baxıcısı Charlotte Bill ilə birlikdə yaşamağa davam edib.

 

Epilepsiyanın kəskin ağırlaşması və lazımi tibbi kömək göstərilməməsi səbəbindən Şahzadə Con 13 yaşında dünyasını dəyişir.

2015-ci ildə tapılan bəzi məktublarda isə ailə üzvlərinin bu ölümdən sonra rahat olduqları və onun ölümü üçün dua etdikləri ortaya çıxıb. Xüsusilə qardaşı 8-ci Edvard 2015-ci ildə tapılan məktubunda Şahzadə Conun ölümü ilə bağlı qəddar şərhlər edib. Şahzadə Conun hekayəsi sonsuz faciələri, dramları və ailə sirləri ilə Britaniya kral ailəsinin tarixinə sadəcə kiçik bir əlavədir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...