Bu tarixi təsadüflərin həqiqət olduğuna inana bilməyəcəksiniz - FOTOLAR

Bu tarixi təsadüflərin həqiqət olduğuna inana bilməyəcəksiniz - FOTOLAR

Tarixin səhifələrini vərəqlədikcə rast gəlinən bəzi detallar hamımızı heyrətə sala bilər.

 

Sfera.az onlardan bəzilərini sizə təqdim edir. Həm yaxın tarixə, həm də uzaq keçmişə aid qəribə tarixi təsadüflərlə tanış olun.

 

1) I Dünya Müharibəsi zamanı Almaniya imperatoru, İngiltərə kralı və rus çarı hər üçü kuzen (qohum uşaqları : əmioğlu, bibioğlu) olub.

 

2) Pikasso “Mona Liza”nı oğurlamaq ehtimalına görə həbs olunub və mühakimə edilib.

 

3) Pivə təsadüfən buğda şorbasının fermentasiyası nəticəsində kəşf edilib.

 

4) 1895-ci ildə Ohayoda cəmi iki nəqliyyat vasitəsi var idi və bu iki nəqliyyat vasitəsi toqquşaraq tarixdə ilk yol qəzasına səbəb olub.

 

5) 17 yaşlı Erskine Lawrence Ebbin və qardaşı 1974 və 1975-ci illərdə eyni taksinin vurmasından sonra ölüb.

 

6) İtaliya kralı Umberto bir restoran sahibinin özünə çox bənzədiyini müşahidə edib. Onların adları eyni idi, eyni tarixdə və eyni yerdə anadan olub, eyni gündə evləniblər və hətta həyat yoldaşlarının adı Marqerita olub. Hər birinin bir oğlu olub, hər ikisinin də oğlunun adını Vittorio qoyublar.

 

7) "Don Kixot"un müəllifi Servantes Osmanlı İmperiyasında əsir götürülüb. Dustaq olarkən sol qolunu da itirib.

 

8) Walter Summerford adlı şəxsi 4 dəfə ildırım vurub. İlk dəfə 1918-ci ildə ildırım vuraraq belindən aşağını iflic edib. 1924-cü ildə yenidən onu ildırım vuraraq sağ tərəfi iflic olur, daha sonra 1930-cu ildə yenidən ildırım vuraraq bütün bədəni iflic olur və 1932-ci ildə dünyasını dəyişir. Bütün bunlar azmış kimi məzar daşına da ildırım çaxıb.

 

9) Edqar Allen Po 1838-ci ildə “Nantuketli Artur Qordon Pimin nağılı” adlı kitab yazıb. Kitabda o, məcbur olduğu üçün Riçard Parker adlı bir ekipaj üzvünü yeyən üç dənizçidən bəhs edib. 46 ildən sonra batan gəminin sağ qalan heyətinin gəmidə Riçard Parker adlı şəxsi yediyi məlum olub.

 

10) 1980-ci ilin dekabrında “Beatles” qrupunun solisti Con Lennon Nyu Yorkda Mark Çapman adlı şəxs tərəfindən öldürülüb. Daha sonra NBC onun haqqında sənədli film çəkmək istəyib. Sonradan Lennonu canlandırmaq təklif olunan aktyorun adı qatillə, yəni Mark Çapmanla eyni olduğunun fərqinə varıb filmdə başqasına rol veriblər. Lakin sonradan aktyor Mark Çapman bir yol taparaq Con Lennon obrazını canlandıra bilib.

 

11) Yuqoslaviya kralı I Aleksandr həftənin ikinci günləri hər hansı tədbirə qatılmaqdan imtina edib. Səbəb : ailəsinin 3 üzvünün bu gündə ölməsi olub. Nəhayət bir gün o bu "ağılsız inancı” ləğv edir. Günlərin birində, həftənin ikinci günü Marselə rəsmi səfəri zamanı terrorçu tərəfindən qətlə yetirilir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...