Marsdan gəldiyini iddia edən oğlan anası ilə birlikdə YOXA ÇIXDI

Marsdan gəldiyini iddia edən oğlan anası ilə birlikdə YOXA ÇIXDI

Boris Kipriyanoviç adlı rus oğlan Marsdan gəldiyini bildirib.

 

Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, Volqoqrad şəhərində yaşayan Boris Kipriyanoviç vaxtilə Marsda yaşadığını və nüvə fəlakətinin qarşısını almaq üçün Yerə göndərildiyini iddia edib.

 

Borisin anası oğlunun həmişə belə qəribə olduğunu və qəribə iddialar irəli sürdüyünü qeyd edib.

 

Ana onun doğum vaxtını belə təsvir edir:

 

“Hər şey o qədər tez baş verdi ki, ağrı da hiss etmədim. Oğlanı mənə göstərəndə o, mənə böyük gözü ilə baxırdı. Bir həkim kimi bilirdim ki, körpələrin gözləri obyektlərə diqqət yetirə bilmir. Lakin kiçik oğlum iri qəhvəyi gözləri ilə mənə baxırdı”.

 

O, Borisin hələ bir yaşında olarkən qəzet başlıqlarını oxuya bilməsini və onun ekstrasens gücə malik olduğunu iddia edib.

 

Borisin əsas həssaslığı astronomiyaya olub. O, bir vaxtlar qalaktikalar arasında səyahət edə bilən marslılarla birlikdə yaşadığını iddia etməyə başlayıb. Bununla da qalmayıb, Boris planetin nüvə müharibəsindən sonra məhv edildiyini və buna görə də, marslıların yerin altında yaşadıqlarını iddia edib.

 

Boris indiqo uşaq olduğunu iddia edir. O, Yer kürəsini məhv olmaqdan xilas etmək üçün yadplanetlilər tərəfindən göndərilən uşaqlardan biridir. Boris bir kosmos gəmisi hazırladığını və min illər əvvəl Hind okeanının altında mövcud olduğu düşünülən Lemuriya qitəsini ziyarət etdiyini söyləyib.

 

Borisin hazırda anası ilə birlikdə itkin düşdüyü iddia edilir. Bəzi media mənbələri hesab edir ki, Boris kiçik bir ucqar kənddə dövlət himayəsi altında qorunur.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...