Paşinyan istintaqa ifadə verdi - SƏBƏB

Ermənistanın baş naziri Nikol Paşinyan İstintaq Komitəsində şahid qismində dindirilib.
Sfera.az xəbər verir ki,bu barədə erməni mətbuatı məlumat yayıb .
Məlumatda bildirilib ki, Ermənistanın bir qrup yüksək rütbəli məmuru tərəfindən 44 günlük müharibə zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı başlanmış cinayət işi üzrə ibtidai istintaq davam edir.
Bundan əvvəl aprel ayında hökumət binası və Ermənistanın Baş Prokurorluğu qarşısında müxtəlif etiraz aksiyaları keçirən zərərçəkənlərin yaxınları Paşinyanın dindirilməsini tələb ediblər. Onlar baş nazir Paşinyanın dindirilməsini və impiçment edilməsini təklif olaraq irəli sürüblər.
Həmin günlərdə o vaxtkı baş prokuror Artur Davtyan həlak olanların yaxınları ilə prokurorluğun binası qarşısında görüşüb, bundan sonra qohumların ərizəsini öyrəndikdən sonra onların zərərçəkmiş kimi cəlb edilməsinə qərar verib.
Qeyd olunur ki, bundan sonra istintaqda Argişti Kyaramyan baş nazir Paşinyanı dindirəcək.
Əzizə Zeynal