Ünvanlı sosial yardım artıq belə TƏYİN EDİLƏCƏK - Ailələrin NƏZƏRİNƏ!

Ünvanlı sosial yardım artıq belə TƏYİN EDİLƏCƏK - Ailələrin NƏZƏRİNƏ!

2023-ci ildən Azərbaycanda ehtiyac meyarının məbləği yaşayış minimumunun məbləği ilə eyni olacaq. 


Sfera.az bildirir ki, Milli Məclis gələn il üçün  “Ehtiyac meyarının həddi haqqında” və “Yaşayış minimumu haqqında” qanun layihələrini birinci oxunuşdan sonra qəbul edib. Həmin qanun layihələrinə əsasən, ehtiyac meyarının və yaşayış minimunun məbləği 246 manat olacaq. 


Hazırda yaşayış minimumu 205 manat, ehtiyac meyarı 200 manatdır. Bu il ehtiyac meyarının məbləği 170 manatdan 200 manata, yaşayış minimumunun məbləği isə 196 manatdan 205 manata qaldırılmışdı. 


Gələn il üçün ehtiyac meyarı 46 manat və ya 23 faiz, yaşayış minimumu 41 manat, yaxud 20 faiz artırılacaq. 


Ehtiyac meyarının yaşayış minimumuna nisbətən daha böyük nisbətdə artırılmasında əsas məqsəd 2 göstərici arasında olan fərqin aradan qaldırılmasıdır. 


Qeyd edək ki, ehtiyac meyarı bir göstərici kimi ünvanlı dövlət sosial yardımının təyin edilməsi zamanı istifadə olunur. Qaydalara əsasən, ailənin adambaşına düşən gəliri ehtiyac meyarından az olarsa, həmin ailə aztəminatlı hesab edilir və ona ehtiyac meyarından az olan məbləğ qədər ünvanlı dövlət sosial yardımı təyin edilir.

 

Məsələn, gələn il 4 nəfərlik ailənin aylıq gəliri 700 manat olarsa, həmin ailə 284 manat ünvanlı sosial yardım ala biləcək. Çünki ehtiyac meyarının həddi 4 nəfərlik ailə üzrə 984 manat təşkil edəcək. 

 

“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda qeyd edilir ki, ünvanlı yardım gələcəkdə yaşayış minimumu əsasında müəyyənləşdiriləcək. Bunun üçün tədricən ehtiyac meyarının məbləği artırılaraq yaşayış minimumunun məbləğinə çatdırılacaq.

 
2006-cı ildən ünvanlı dövlət sosial yardımı verilir. Həmin ildə ehtiyac meyarının məbləği 30 manat, yaşayış minimumunun məbləği 58 manat müəyyən edilmişdi. Hər il ehtiyac meyarının həddinin artırılmasına baxmayaraq, ehtiyac meyarını yaşayış minimumuna çatdırmaq mümkün olmayıb və “Ünvanlı dövlət sosial yardımı haqqında” qanundakı tələb yerinə yetirilməyib. Qanunda da qeyd edildiyi kimi insanların minimum ehtiyacları yaşayış minimumu əsasında müəyyənləşdirilir və ünvanlı yardım da buna uyğun təyin edilməlidir. 


2022-ci ildə ehtiyac meyarının 30 manat artırılması uyğunsuzluğu xeyli dərəcədə aradan qaldırdı. Gələn ildən isə hər iki göstərici üzrə məbləğ eyniləşdiyindən ünvanlı yardım artıq ehtiyac meyarı ilə deyil, yaşayış minimumu ilə təyin ediləcək. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...

Prezident onu yenidən rektor təyin etdi - FOTO

Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti ...

ABŞ və Çin tariflərdə anlaşdı - Kim daha qazanclı çıxdı?

İsveçrədə ABŞ-Çin ticarət-tarif danışıqları dünən yekunlaşıb və razılaşma əldə olunub. Razılaşmaya əsasən, ABŞ Çinə tədbiq etdiyi 145% tarifləri 30%-ə, Çin isə ...

Kəmaləddin Heydərov Aqil Ağayevi işdən ÇIXARDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.   Sfera.az "qaynarin...