Tarix onlara lazımi dəyər vermədi - Arxa planda qalan şəxsiyyətlər + FOTOLAR

Tarix onlara lazımi dəyər vermədi - Arxa planda qalan şəxsiyyətlər + FOTOLAR

Tarix təəssüf ki, bəzən hər kəsə layiq olduğu dəyəri verə bilmir. Bəzi şəxsiyyətlər öz ixtiraları və ya etdikləri ilə önəmli şəxs olsalar belə, arxa planda qala bilirlər. Cəmiyyət tərəfindən müəyyən edilən dəyər göstərilmir.

 

Sfera.az bu tarixi şəxsiyyətlərin bəzilərini təqdim edir.

 

1. İqnaz Semmelveys

19-cu əsrin ortalarında yaşamış alman əsilli macar fizik Semmelweis "anaların xilaskarı" kimi tanınır. Buna səbəb isə həmin dövrdə doğuş qızdırmasından dünyasını dəyişən anaların tərkibində kalsium hipoxlorit olan xüsusi istehsal olunan antiseptiklərlə müalicə nəticəsində ölüm sayı xeyli azalıb.

 

2. Qreys Hopper

Amerika Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli qadın əsgəri Qreys Hopper kompüter proqramlaşdırma dili üçün ilk tərtibçini icad etdi.

 

3. Chiune Sugihara

Yapon diplomatı Suqihara minlərlə yəhudinin həyatını xilas edib. Holokost zamanı Litvada olan diplomat minlərlə yəhudiyə viza imzalamış və nasistlərin sərt əmrlərinə baxmayaraq onları Yaponiyaya qaçırmağa nail olmuşdu.

 

4. Dennis Ritchie

Ritçi kompüterlərimizin işləməsinə və bir çox proqramların yaradılmasına imkan verən C proqramlaşdırma dilinin ixtiraçısıdır. O, Stiv Cobs ilə eyni gündə vəfat edib, lakin təəssüf ki, mediadan eyni diqqəti görməyib.

 

5. Antonio Salieri

O, Bethoven, Franz Liszt, Schubert kimi klassik musiqinin böyük bəstəkarlarını yetişdirən şəxsdir! Dövrünün ən görkəmli bəstəkarlarından biri olan Salieri də təəssüf ki, tarix səhifələrində Motsartın, sonra isə öz tələbələrinin kölgəsində qalıb.

 

6. Witold Pilecki

Pilecki tarixin ən qəhrəman əsgərlərindən biridir. O, şəxsi xahişi ilə nasistlərin ölüm düşərgəsi olan Auşvitsə göndərilib. Daha sonra burada müqavimət qurub, içəridə baş verənləri dünyaya tanıdıb.

 

7. Alexander Fleming

İxtiraçısı olduğu penisilin və antibiotiklərlə insanların ömrünü birbaşa uzadıb. Fleming olmasaydı, insanlar hələ də qripdən ölməyə davam edərdilər...

 

8. Norman Borlauq

Norman inkişaf etdirdiyi yüksək məhsuldar və xəstəliyə davamlı buğda ilə aclıqla mübarizədə ən mühüm addımlardan birini atan şəxsdir. Bu buğdanın Meksika, Pakistan və Hindistana paylanması ilə təxminən 1 milyard insanın aclıqdan xilas edildiyi deyilir. Normanın ixtirası bu gün Yaşıl İnqilab kimi tanınır.


OXŞAR XƏBƏRLƏR

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...

Prezident onu yenidən rektor təyin etdi - FOTO

Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti ...

ABŞ və Çin tariflərdə anlaşdı - Kim daha qazanclı çıxdı?

İsveçrədə ABŞ-Çin ticarət-tarif danışıqları dünən yekunlaşıb və razılaşma əldə olunub. Razılaşmaya əsasən, ABŞ Çinə tədbiq etdiyi 145% tarifləri 30%-ə, Çin isə ...