Şahzadə Diananın “Lady Dior” çantası yenidən istehsal edilir - FOTOLAR

Şahzadə Diananın “Lady Dior” çantası yenidən istehsal edilir - FOTOLAR

“Christian Dior” 1996-cı ildə Uels şahzadəsi Dianaya həsr olunmuş “Met Gala” mərasimində şahzadənin götürdüyü və bütün dünyada pərəstişkarlarını özünə cəlb edən ikonik mavi atlaz mini “Lady Dior” əl çantasının yenidən buraxıldığını elan edib.

 

Sfera.az bildirir ki, həmişə mükəmməlliyi ilə dəbin ikonası olan Şahzadə Diana ölümündən sonra da moda dizaynında reytinqlərdə ilk yerdə olmağı bacarıb.

 

Mərasim zamanı Diananın çantasını krujeva kəmərləri ilə mavi atlaz kokteyl paltarı tamamlayırdı. Boynunda isə özünəməxsus çox simli mirvari boyunbağısı var idi. Sırğaları və bilərzikləri isə zərif brilyant və sapfirlərdən ibarət idi.

 

Qeyd edək ki, bu yaxınlarda kral ailəsindən bəhs edən Neftlix serialı “The Crown”da bu səhnə yenidən təsvir edilmişdir. Çanta şahzadənin ən sevimlisi idi. O dərəcə ki, Dior onun şərəfinə əvvəlcə “chouchou” kimi tanınan modelin adını dəyişdirdi.

 

Bu aksessuar Dianaya ilk dəfə 1995-ci ildə Parisə səfəri zamanı Fransanın o vaxtkı birinci xanımı Bernadette Şirak tərəfindən hədiyyə edilib. Christian Diorun Napoleon III kreslolarının naxışlı tikişi üslubunda dizayn edilmiş üst tutacaqlı, loqosunun asqılı formada olduğu bu ikonik aksessuar dərhal Diananın diqqətini cəlb edib. O, bu çantanı gecə-gündüz istifadə edirdi və Londona qayıtdıqdan sonra “Harrods” moda evindən bir neçə “Dior” çantası alıb. Boşandıqdan sonra hər zaman arzusunda olduğu azad həyatı yaşayan Diana həmin il Liverpool səfərində çantasını narıncı “Versace” kostyumu ilə kombin etmişdi. Artıq Diana üçün xüsusi moda evləri, kral protokoluna zidd olan israfçılıq problemi yox idi. Çox keçmədən “İt bag” moda reytinglərində ilk sıralarda yer aldı və Diorun dünya üzrə butiklərində ən çox satılan aksessuarına çevrildi.

 

İndi Diananın mavi atlaz çantasının yenilənmiş versiyasını gələn həftədən etibarən bütün Dior dükanlarında almaq mümkün olacaq. Kraliçadan ilham almış bu çantanın hər birinin qiyməti 5000 avro təşkil edəcək və eksklüziv model olduğu üçün satışa cəmi 200 ədəd buraxılacaq.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...

Prezident onu yenidən rektor təyin etdi - FOTO

Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti ...

ABŞ və Çin tariflərdə anlaşdı - Kim daha qazanclı çıxdı?

İsveçrədə ABŞ-Çin ticarət-tarif danışıqları dünən yekunlaşıb və razılaşma əldə olunub. Razılaşmaya əsasən, ABŞ Çinə tədbiq etdiyi 145% tarifləri 30%-ə, Çin isə ...

Kəmaləddin Heydərov Aqil Ağayevi işdən ÇIXARDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.   Sfera.az "qaynarin...