ABŞ-da laboratoriyalarda süni toyuq əti yaradılacaq - FOTO

ABŞ-da laboratoriyalarda süni toyuq əti yaradılacaq - FOTO

ABŞ Qida və Dərman İdarəsi (FDA) süni toyuq ətini təsdiqləyib.

 

Sfera.az bildirir ki, yaxın vaxtlarda ABŞ bazarına real heyvan hüceyrələrindən istifadə etməklə laboratoriyalarda istehsal edilən süni toyuq ətini təqdim ediləcək. FDA-nın bu qərarının həm qidalanma vərdişləri, həm davamlılıq, həm də ət sənayesi üçün bir mərhələ olduğu bildirilir.

 

Qeyd edək ki, bir müddətdir ABŞ-da süni ət istehsalı üzrə işlər geniş vüsət alıb. Sahibkarlar milyardlarla dollar vəsait toplayıb, kiçik istehsal müəssisələrində süni ət istehsalı ilə bağlı təcrübələr aparıblar. Süni ət əldə etməyə müvəffəq olunub, lakin məhsulları xalqa sata bilmədilər. Yalnız az sayda insan məhsulların eksperimental olduğunu qəbul edərək onlardan dadmağı qəbul etdi. Süni ətin orqanizmə vura biləcəyi ziyana görə isə məsuliyyəti üzərinə alan olmamışdı.

 

Çünki istehsal edilən ət qida təhlükəsizliyinə cavabdeh olan FDA tərəfindən təsdiqlənməyib. Süni toyuq ətinin yaradılması ilə “Upside Food” şirkəti məşğul olub. Bazara daxil olmamışdan əvvəl isə istehsal obyektləri üçün razılığın və yoxlama nişanının alınması lazımdır.

 

Şirkətin baş direktoru Uma Valeti verdiyi açıqlamada: “Biz bu gün üçün təxminən yeddi il çalışdıq" -deyib.

 

“Upside Foods”un diqqəti yalnız toyuq ətində olsa da, fərqli mal əti, qızılbalıq və ton balığı da daxil olmaqla müxtəlif kateqoriyalar üzərində işləməyə davam edəcək.

 

Bu qərardan sonra başqa şirkətlərə də bu iş üzərində çalışmağı düşünür. Bununla belə, istehsal hələ çox kiçik miqyasdadır. Sərfəli qiymətlərlə geniş istehsal üçün hələ 10-15 il üçün lazım gələcək.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...

Prezident onu yenidən rektor təyin etdi - FOTO

Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti ...

ABŞ və Çin tariflərdə anlaşdı - Kim daha qazanclı çıxdı?

İsveçrədə ABŞ-Çin ticarət-tarif danışıqları dünən yekunlaşıb və razılaşma əldə olunub. Razılaşmaya əsasən, ABŞ Çinə tədbiq etdiyi 145% tarifləri 30%-ə, Çin isə ...

Kəmaləddin Heydərov Aqil Ağayevi işdən ÇIXARDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.   Sfera.az "qaynarin...