Qan üçün ən vacib vitamin hansıdır?

Qan üçün ən vacib vitamin hansıdır?

Fol turşusu (B9 vitamini) 1931-ci ildə aşkar olunub və 1945-ci ildə laboratoriya şəraitində sintez olunub. Vitamin ilk olaraq ispanaq və cəfəridə tapılıb. Məhz bu səbəbdən ona fol turşusu ("folium" - yarpaq deməkdir) adı verilib.

 

Bu vitamin qan-damar sistemi üçün ən vacib vitamin sayılır. Aile.lent.az saglamolun.az-a istinadən fol turşusunun faydalarını sadalayır.

Fol turşusu qanyaratma proseslərində iştirak edir, qaraciyər və bağırsaqların sağlamlığını qoruyur, qaraciyərdə piylənmənin inkişafının qarşısını alır, immun sisteminə müsbət təsir edir.

 

Fol turşusunun qəbulu hamiləlik zamanı uşaqda ağır sinir sistemi qüsurlarının inkişafının qarşısını alır. Həmçinin fol turşusu vaxtından əvvəl doğuşların da qarşısını alır. Bu səbəbdən fol turşusunu hələ hamiləliyin planlaşdırılması dövründə və sonra da bütün hamiləlik boyu qəbul etmək çox vacibdir.

Fol turşusu anemiyanın (qanazlığı) müalicəsində istifadə olunur. Bu zaman fol turşusu həblər şəklində təyin olunur. Qanazlığının profilaktikası üçün qidalanmaya tez-tez bu vitaminlə zəngin olan qidaları daxil etmək lazımdır.

 

Fol turşusu ilə zəngin olan məhsullar bunlardır:

- cücərdilmiş buğda

- ispanaq

- kahı

- cəfəri

- kələm

- çərəzlər (qoz, fındıq, badam, keşyu və s.)

- göbələk

- çuğundur

- balqabaq

- xurma

- yumurtanın sarısı

- süd və süd məhsulları

- ət, qaraciyər.

 

Nəzərə almaq lazımdır ki, bişirilmə zamanı fol turşusu dağılır. Bu səbəbdən fol turşusu ilə zəngin olan tərəvəzləri və göyərtiləri mümkün qədər çiy şəkildə yemək lazımdır.



OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...