Tramp yoxsa Bayden? - ABŞ-da həlledici seçkilərin nəticəsi nə olacaq?
Demokratlar Partiyası Konqresdə çoxluğu saxlamaq üçün böyük problemlərlə qarşı-qarşıyadır. Partiya lideri seçkiləri ABŞ demokratiyası üçün həlledici məqam adlandırıb.
Respublikaçılar çərşənbə axşamı Nümayəndələr Palatasında səs çoxluğu qazana bilər. Xatırladaq ki, Demokratlar 435 yerlik qanunvericilik orqanında 218 yeri qazanmalıdırlar. Bəzi demokratlar Senatda lazımi yerləri əldə etməyəcəklərindən narahatdır.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, aparılmış sorğular amerikalıların əksəriyyətinin mövcud iqtisadiyyatdan narazı olduğunu göstərir. Seçicilərin əksəriyyəyi hökumətin yanlış siyasət apardığına inanırlar. Bu bir vaxtlar seçkidə qalib gəlməyin əlçatmaz göründüyü respublikaçı namizədlərdə öz partiyalarına inamı artırıb.
Gələn çərşənbə axşamı keçiriləcək seçkilər Nümayəndələr Palatasındakı 435 yerin hamısını, Senatdakı yerlərin üçdə birini (35) əhatə edir.
"Ağ Evdə təmsil olunan partiyalar adətən, ara seçkilər zamanı məğlub ola bilər. Lakin reallıq budur ki, bizdə nəinki Senatı saxlamaq, həm də Nümayəndələr Palatasında yeni yerlər qazanmaq üçün şansımız var"- deyə senator Kori Buker bildirib.
Respublikaçılar isə öz namizədlərinin daha bir siyahısını təqdim edib. Son həftələrdə seçki kampaniyanın diqqəti 2024-cü ildə prezidentliyə yeni namizədliyinin irəli sürüləcəyi ehtimal olunan Trumpa yönəlib.
Bayden və Tramp seçki ərəfəsində bir araya gələcək. Hazırkı prezident Merilend ştatında paytaxt yaxınlığında, Tramp isə Ohayoda Senatda seçki kampaniyasında iştirak edəcək.
Yaydan bəri Demokratlar siyasi mənzərənin mərkəzindən kənarda qalıb. Sorğular respublikaçıların Nümayəndələr Palatasında ikirəqəmli çoxluğu qazanmaq şansının daha çox olduğunu göstərir.
Virciniya ştatı Respublikaçı qubernatoru Glenn Youngkin həftə sonu keçiriləcək seçkilər haqqında proqnoz verərkən:
“Bu, Prezident Bayden üçün oyanış zəngi olacaq"-deyə bildirib.
Pensilvaniya, Nevada, Viskonsin, Corciya, Nyu-Hempşir və Ohayo ştatlarında rəqabət daha güclüdür.
Demokratlar respublikaçıların siyasi sui-qəsd nəzəriyyələrinə verdiyi dəstəyin təhlükə yaratdığını vurğulayıblar .
Respublikaçılar da öz növbəsində seçkiləri referenduma çevirmək istəyir.
Hazırkı reytinqi təxminən 42% olan Bayden seçki kampaniyası çərçivəsində sorğularda daha az səs topladığı ştatları ziyarət etməkdən yayınıb. Lakin ötən gün o, İllinoys, Florida və Nyu-Yorkda davam edəcək Pensilvaniya səfəri zamanı Barak Obama ilə bir araya gəlib.
Bayden Pensilvaniyada izdiham qarşısında keçmiş prezident Trampın ekstremist tərəfdarlarını tənqid edib.
“NBC News”un təşkil etdiyi sorğuda iştirak edən seçicilərin 48%-i Konqresi Demokratlar, 47% isə respublikaçılar tərəfindən idarə olunmasını istədiyini bildirib.
“The Washington Post”un apardığı sorğuda isə Respublikaçılar Demokratlardan altı pillə irəliləyərək seçicilərin 80%-inin səsini qazanıblar.
Qeyd edək ki, bazar günü təxminən 40 milyon amerikalı erkən səsvermədə iştirak edəcək.
Aynil