Medvedev: “Ukrayna hakimiyyəti buna heyifsilənirdi...”

Medvedev: “Ukrayna hakimiyyəti buna heyifsilənirdi...”

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın xüsusi hərbi əməliyyatlarından danışıb.

 

Sfera.az-ın məlumatına görə, o, bu barədə “Vkontakte” hesabında fikirlərini bölüşüb.

 

Belə ki, Medvedev hücumların səbəbi kimi Ukraynanın nüvə proqramını bərpa etmək “təhdidləri”ni göstərib. Onun sözlərinə görə, hazırkı Kiyev hakimiyyəti 1994-cü il Budapeşt Memorandumu çərçivəsində onların ərazisində yerləşən və SSRİ-dən miras qalmış nüvə arsenalının çıxarılması barədə qəbul edilmiş qərara heyifsilənirmiş:

 

“Ukrayna liderləri nüvə silahından bizə və öz vətəndaşlarına qarşı şeytani zövqlə istifadə edəcəklərini söylədilər”. 

 

Medvedev qeyd edib ki, Leonid Kravçukdan tutmuş Volodimir Zelenskiyə qədər Ukraynanın bütün prezidentləri sonradan ölkələrinin nüvə arsenalından imtina etməsi barədə məcburi addım kimi danışıb:

 

“Baxmayaraq ki, Kiyevin təsadüfən əllərinə düşmüş nüvə arsenalını saxlamaq üçün imkanları yox idi”.

 

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini nüvə arsenalının Ukraynadan çıxarılması qərarının Vaşinqtonun güclü təzyiqi ilə diktə edildiyini də vurğulayıb. Medvedev Ukraynadan fərqli olaraq, nüvə silahı, istehsal potensialı, idarəetmə kompleksi, çatdırılma vasitələrinə malik olan və bütün bunlardan könüllü olaraq imtina etmək üçün mühüm siyasi qərar verən ilk və yeganə ölkə kimi Cənubi Afrikanı misal çəkib.

 

Qeyd edək ki, Budapeşt Memorandumu Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ tərəfindən 1994-cü il dekabrın 3-də imzalanıb.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...